Kateqoriya: Ölkə, Hadisə, Ekonomist, Manşet

Aydın Əliyev rüşvətə görə sərhəddə gözlədilən "TIR" sürücüləri ilə görüşdü [FOTOLAR]

Aydın Əliyev rüşvətə görə sərhəddə gözlədilən "TIR" sürücüləri ilə görüşdü [FOTOLAR]

Dövlət gömrük komitəsinin sədri, general-leytenant Aydın Əliyev ötən gün “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən problemlə üzləşən “TIR” sürücüləri ilə görüşüb.

AzEuroNews.com-un məlumatına görə, ötən gün sərhəddə üzləşdikləri problemlə bağlı bir qrup “TIR” sürücüsü ölkə başçısı İlham Əliyevə məktub yazaraq ondan kömək istəyiblər. Sürücülər Prezident Administrasiyasına göndərdikləri məktubda yazaraq bildiriblər ki, Dövlət Gömrük Komitəsinin işçilərinin özbaşınalıqlarından beziblər.

“Gömrük işçiləri qanunla müəyyənləşdirilən dövlət rüsumundan imtina edərək külli miqdarda rüşvət tələb edirlər. Hansı ki, bu rüşvət dövlət büdcəsinə yox, birbaşa gömrük komitəsinin sədri Aydın Əliyevin cibinə gedir. Biz də bu haqsızlığa və rüşvət tələbinə etiraz edərək neçə gündür sərhəddə gözləyirik” deyə “TIR” sürücülərinin ölkə başçısına ünvanladığı məktubda deyilir.

Məlumat üçüb qeyd edək ki, ötən gün AzEuroNews.com əsasən “Binə” ticarət mərkəzində fəaliyyət göstərən karqo şirkətlərinə aid “TIR”ların “Qırmızı körpü” sərhəd keçid məntəqəsində qanunsuz olaraq saxlanılması ilə bağlı məlumat vermişdi. Məlumatda deyilirdi ki, “Binə” bazarına Türkiyədən mal gətirən yük maşınlarından rüşvət tələb edilir. Hətta bu hadisədən sonra bazarın rəhbəri Kəbirə Məmmədova gömrük generalı Aydın Əliyevlə görüşmüş problemin həlli ilə bağlı müzakirə aparmışdı. Ancaq sonuncu K.Məmmədovaya müsbət cavab verməmişdi.

Aydın Əliyev rüşvətə görə sərhəddə gözlədilən "TIR" sürücüləri ilə görüşdü [FOTOLAR]
Aydın Əliyev rüşvətə görə sərhəddə gözlədilən "TIR" sürücüləri ilə görüşdü [FOTOLAR]
Aydın Əliyev rüşvətə görə sərhəddə gözlədilən "TIR" sürücüləri ilə görüşdü [FOTOLAR]

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *