Kateqoriya: Ölkə / İdman / Manşet

Deputatdan Ziya Məmmədovun qardaşı uşaqlarına son xəbərdarlıq: CƏZALANACAQLAR! [FOTO]

Deputatdan Ziya Məmmədovun qardaşı uşaqlarına son xəbərdarlıq: CƏZALANACAQLAR! [FOTO]

Deputat Adil Əliyev qanunsuz kinkboks yarışları keçirənlərə son xəbərdarlığını edib. AzEuroNews.com-un məlumatına görə, deputat bu barədə “facebook” səhifəsində yazaraq bildirib ki, dəfərlərlə etdiyi xəbərdarlığa baxmayaraq ölkədə qanunsuz olaraq kinqboks yarışları keçirilir:
“Dostlar, neçə müddət idi ki, səbr etdiyim mövzuya toxunmaq məcburiyyətində qaldım. Bu gün təəssüf ki, bəzi insanlar öz maraqları naminə əziyyət çəkmiş insanların haqlarına girməkdən çəkinmirlər. Düşünürdüm ki, onlar bu günə qədər bizim şifahi sözlərimizdən hansısa nəticəni çıxararlar. Təəssüf ki, belə olmadı. Belə ki, bu günə qədər bəzi şəxslər və federasiyalar öz idman növlərini kənara qoyub, bizim idman növündən yarışlar keçirirlər. Hətta daha da irəli gedərək, öz idmançılarını yarışlara göndərirlər. Öz idman növlərindən dərsləri bir kənara qoyub, kikboksinq dərsləri keçirlər. Biz ölkədə idmanın inkişafını dəstəkləyirik. Bunu kütləvi olması üçün də bütün səylərimizlərlə çalışırıq. Ancaq hər şey rəsmi və qanuni çərçivədə olmalıdır.
Ümumiyyətlə, onlar kikboksinqlə bağlı yarış və tədbirlər keçirirlərsə, mütləq bizdən icazə almalıdırlar. Əks-halda məsuliyyət (günah) öz üzərlərindən qalacaq. Biz bütün imkanlarımızdan istifadə edib, federasiyamızın fəaliyyətinə müdaxilə edən həmin federasiyalara qanuni və başqa çərçivələrdə cəzalandırılmalarına nail olacağıq”.


Deputat sonda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, 8501 saylı şəhadətnaməsini rəhbər tutaraq, Həvəslarlar ve Peşəkarlar arasında Rinq döyüşləri keçirtmək istəyən klubların Kikboksinq Federasiysından razılıq almaları ilə bağlı rəsmi sənədi təqdim edib.
Məsələ ondadır ki, Adil Əliyevlə Ziya Məmmədovun qardaşı uşaqları Aynar və Elnur Məmmədovlar arasında problemlər olduğu haqda ötən il də KİV-lərdə məlumatlar getmişdi. Belə ki, ötən il fevralın 23-də Bakıda – “Sərhədçi” İdman Kompleksində Məmmədov qardaşlarının təşkilatçılığı ilə “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçirilərkən, Azərbaycan Kinqboks Federasiyasının prezidenti olan Adil Əliyev bu yarışı qanunsuz adlandırmış, sərt etirazını bildirmişdi.
Aldığmız məlumata görə Aynar və Elnur Məmmədovlar deputatın xəbərdarlığına məhəl qoymayaraq yenə də, kinkboks yarışları keçirirlər.







Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız