Kateqoriya: Ölkə, Ekonomist, Manşet

Zakir Fərəcov dövlətin milyonlarını belə xortumladı [FOTOLAR]

Zakir Fərəcov dövlətin milyonlarını belə xortumladı [FOTOLAR]


Ötən ay Sumqayıt sakinlərinin istifadəsinə verilən Dənizkənarı Bulvarın bəzi yerləri çöküb, ağaclar quruyub, simvolik heykəllərin çoxu aşaraq yararsız hala düşüb. AzEuroNews.com-un məlumatına görə, sumqayıtlılar ölkə başçısı İlham Əliyevin də açılışında iştirak etdiyi Dənizkənarı Bulvarın qısa müddət ərzində bərbad vəziyyətə düşməsində icra başçısı Zakir Fərəcovu günahlandırırlar. Onlar iddia edirlər ki, icra başçısı Sumqayıt bulvarına dövlət büdcəsindən ayrılan milyonları xortumlayaraq olduqca keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi göstərişini verərək prezidenti aldadıb.
Artıq pulvar ərazisinin çox hissəsində yerə döşənən daş piltələrin çoxu çöküb, bəziləri qırılıb. Açılışa görə tələm-tələsik basdırılan ağacların çoxu isə quruyub. Eyni zamanda bulvarın bir neçə yerində ucaldılan daş və dəmirdən olan heykəllər də aşaraq yararsız vəziyyətə düşüb.
Sakinlər deyir ki, bulvarın bu vəziyyətdə olması barədə dəfələrlə icra hakimiyyətinə məlumat versələr də, gəlib yoxlayıb, problemləri aradan qaldıran olmayıb.
Məlumat üçün qeyd edək ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunandan sonra şəhərə dövlət büdcəsindən 27.7 milyon manat pul ayrılıb. Bu məbləğin böyük bir hissəsinə də Dənizkənarı Bulvar tikilib.











Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *