Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Aydın Əliyevdən Kəbirə Məmmədovaya ağır zərbə [FOTOLAR]

Aydın Əliyevdən Kəbirə Məmmədovaya ağır zərbə [FOTOLAR]

Tarix : 11-11-2016, 18:08 | Kateqoriya: Ölkə / Ekonomist / Reportaj / Manşet
(голосов:0)
Aydın Əliyevdən Kəbirə Məmmədovaya ağır zərbə [FOTOLAR]



“Binə” ticarət mərkəzinə gətirilən malları gömrükdə saxlanılıb. Bu barədə AzEuroNews.com-a Qardağda yerləşən ticarət mərkəzində işləyənlər məlumat veriblər. Onların sözlərinə görə, əsasən Türkiyədən geyim gətirən “TIR”lar “Qırmızı Körpü” keçid məntəqəsində saxlanılıb. Yük maşını sürücülərinə bildirilib ki, göstəriş var maşınların ölkə ərazisinə girişi müvəqqəti olaraq dayandırılıb. Bazarda karqo işi ilə məşğul olanların saytımıza verdiyi məlumata görə, yalnız “Binə” ticarət mərkəzində karqo işi ilə məşğul olan şirkətlərin maşınları ölkə ərazisinə buraxılmır.
“Qonşuluqdakı “Sədərək” ticarət mərkəzində işləyən karqo şirkətlərinin maşınlarına bir söz deyən yoxdur. Gömrük Komitəsinin işçilərinin problemi yalnız bizimlədir. Sərhəddə mala görə tələb olunan rüsumu qəpiyinə kimi veririk. Gəl ki, gömrük işçiləri bununla razılaşmırlar” deyə bazarda fəaliyyət göstərən karqo şirkətlərinin nümayəndələri saytımıza məlumat veriblər.
Onların sözlərinə görə, gətirdikləri mallar qış mövsümünə aid geyim əşyalarıdır: “İndi də onların sezonudur. Bir həftədən çoxdur maşınlarımızı sərhəddə saxlayırlar. Bazara gələn də qalın və isti geyim almağa gəlir. Bundan sonra həmin mallar bizim nəyimizə lazımdır?”.

Kəbirə Məmmədova Aydın Əliyevlə görüşüb ancaq...


Mövcud vəziyyətdən əziyyət çəkən karo şirkətlərinin rəhbərləri bazar rəhbərliyi ilə görüşüb. Kəbirə Məmmədova onlara söz verib ki, dövlət gömrük komitəsinin rəhbəri Aydın Əliyevlə görüşüb, nə istədiklərini aydınlaşdırmağa çalışacaq. Satıcılar deyir ki, K.Məmmədova söz verdiyi kimi A.Əliyevlə görüşüb.
“Kəbirə xanımın görüşdən sonra bizə dediyindən belə başa düşdük ki, Aydın Əliyev rüşvət tələb edir. Dövlət rüsumu onu qəti maraqlandırmır. Onsuz da maşınlarımızı keçirdiklərinə görə hər dəfə bizdən rüşvət alırdılar. Görünür bu dəfə məbləğ onları qane etmir. Daha çox istəyirlər” deyə mağdur karqo şirkətlərinin nümayəndələri saytımıza bildiriblər.
Mələsə ilə bağlı Dövlər Gömrük Komitəsi ilə əlaqə yaradıb onların münasibətini öyrənməyə çalışdıq. Komitədən bizə bildirdilər ki, bu barədə onlarda hər hansı bir məlumat yoxdur.
Mövzunu diqqətdə saxlayacağıq...







Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: