Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Dolların qiyməti artır - rəsmi

Dolların qiyməti artır - rəsmi

Tarix : 10-11-2016, 09:12 | Kateqoriya: Ölkə / Ekonomist / Manşet
(голосов:0)
Dolların qiyməti artır - rəsmi


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb. Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: