Kateqoriya: Ölkə / Hadisə

Tanınmış jurnalistin vəziyyəti kritikdir: “Qara ciyəri işləmir”

Tanınmış jurnalistin vəziyyəti kritikdir: “Qara ciyəri işləmir”

Dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdiririlən tanınmış jurnalist Zabil Müqabiloğlunun durumu kritikdir.
Jurnalistin yaxınlarının "Şərq” ə verdiyi məlumata görə, qara ciyəri fəaliyyətini tam dayandırıb: "Həkimin dediyinə görə, faktiki olaraq qara ciyərsiz yaşayır, bu da bir orqanizmin qısa müddətdə yaşaya bilməsi deməkdir. Amma ümid var, tibbin imkanları tükənməyib. İlkin dəqiqləşdirmələr zamanı aydın olub ki, hazırda qara ciyərin bu vəziyyətində olan xəstələrin yaşadılması imkanı Neftçilər Xəstəxanasında mümkündür, orada müasir avadanlıqlar və qara ciyər xəstəlikləri və bərpası üzrə ixtisaslı kadrlar var. Ancaq həmin xəstəxana ödənişlidir, nə Zabilin, nə də yaxınlarının bu xərcləri qarşılamağa imkanı çatır. Ona görə də hələlik gözləyirik, Allahdan ümid kəsilməz”.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com” saytına rəhbərlik edib.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız