Kateqoriya: Ölkə / Hadisə / Manşet

Deputat Hadi Rəcəbli polisə çağırıldı – DƏLƏDUZLUĞA GÖRƏ

Deputat Hadi Rəcəbli polisə çağırıldı – DƏLƏDUZLUĞA GÖRƏ


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli polisə çağırılıb. AzEuroNews.com-un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinə çağırılan deputat ifadə verib. Saytımızın əldə etdiyi məlumatda deyilir ki, deputatın gəlini Beruzova Zərifə Beruz qızı dələduzluqda ittiham olunub. Belə ki, vətəndaş Həsənova Səidə Pərviz qızı Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, deputat Hadi Rəcəblinin gəlini ondan qaytarmaq adı ilə aldığı 5 min ABŞ dolları və 4 min ABŞ dolları dəyərində gümüş qabları götürüb.
Zərərçəkmiş bilidirib ki, Zərifə Beruzova deputatın oğlu Vüsal Rəcəbli ilə evlənməmişdən əvvəl qonşu olublar. Deputat oğlu ilə ailə həyatı qurandan sonra Z.Beruzova yaşadığı mənzildən köçüb və Səidə Həsənova ilə əlaqəsi kəsilib. Bir müddət sonra pul və qiymətli əşyalarını tələb edən S.Həsənova deputat gəlini tərəfindən ailəsinin dağılacağı və biabır olunacağı ilə hədələnib.
Z.Beruzova bu olaydan sonra heç də sakitləşməyib. Belə ki, o pulunu və qiymətli əşyaları qaytarmaqdan imtina etdiyi S.Həsənovaya hədə-qorxu məzmunlu məktub yazaraq yaşadığı evin blokunun girişinə atıb. Bu yolla S.Həsənovadan əvvəlcə 1.300, daha sonra isə, 3.350 ABŞ məbləğində pul tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4- ci maddəsi (xeyli miqdarda ziyan vurmaqla törədildikdə- üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açılıb.
Deputatın gəlini başlanılmış cinayət işinə görə, polis idarəsinə gətirilib. Bu zaman deputat Hadi Rəcəbli məsələyə müdaxilə edib və gəlininə zamin duraraq zərərçəkmiş S.Həsənovaya dəymiş ziyanın tez bir zamanda qaytarılacağı ilə bağlı ifadə verib.


Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız