Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]

Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]

Tarix : 5-11-2016, 16:44 | Kateqoriya: Ölkə / Ekonomist / Reportaj / Manşet
(голосов:0)
Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]


Meyvə-tərəvəz, mal və toyuq əti, qoz, fındıq, kartof, soğan... Siyahını xeyli uzatmaq olar. Hamısının qiyməti qalxıb. Həftəsonu zənbilini götürüb yarmarkaya üz tutan vətəndaşları da narahat edən elə bu bahaçılıqdır. Bazara nisbətən yarmarkada qiymətlərin ucuz olduğunu zənn edənlər əllərində böyük siyahı ilə gəldikləri yarmarkalardan məyus şəkildə qayıdırlar.


“Vasmoy bazarı”ndan yarmarkaya daşıyırlar...


Kənd Təsərrüfatı Nazirliyinin yerli icra hakimiyyətləri ilə birgə təşkil etdikləri yarmarkalara məhsullar birinci əldən daxil olmalıdır. Reallıqda isə, belə deyil. Təkcə Xətai rayonunda təşkil olunan yarmarkada müşahidə etdiklərimiz bizə onu deməyə əsas verirdi. Rayon dövlət qeydiyyat nişanlı maşınları kirayə götürən “Vasmoy bazarı”ndakı satıcılar mallarını yükləyib yarmarkaya üz tutmuşdular. Bazardakı qiymətdən xəbəri olmayan vətəndaşları da aldatmaq onlar üçün 2x2 qədər asan idi.
Nazirliyin əməkdaşları isə, deyəsən özü peşə borclarını unudublar. Çünki, bazarda çalışan işbazaların yarmarkaya ayaq açmalarına məhz onlar mane olmalı idi. Yarmarkaya girən hər maşına görə nazirliyin əməkdaşının 10 manatdan pul yığmasını görəndən sonra hər şey bizə gün kimi aydın oldu.


“Xalqı düşünən olacaqmı?”


Evinə bazarlıq edən bir xanımın satıcı ilə qiymət üstündə mübahisəsini görüb onlara yaxınlaşırıq. Səidə xanım deyir ki, bazar və marketlərdən fərqi olmayan yarmarka açmağın heç bir faydası yoxdur: “Gediş-gəlişli bu boyda yolu bağlayıb yarmarka açıblar. Ev üçün lazım olan bir neçə şeyi alacaqdım. İndi burdakı qiyməti görəndən sonra bir şey almadan evə qayıtmağı düşünürəm. Niyə belə edirlər? Bu xalqı düşünən olacaqmı? Ailələr var ki, 3-5 aydır evlərindən ocaq üstündə ət qaynamır. Maaşlar qalxmır, sürətli qiymət artımının da qarşısını almaq olmur. Vallah bizimki yaşayış deyil”.


Yarmarkadakı qiymətlər...


Keçək yarmarkada “ot tutub yanan” qiymətlərə. Gədəbəy və Tovuz kartofunun qiyməti 80 qəpik və 1 manat arasında dəyişir. Soğanın qiyməti isə, 2 kilosu 1 manat, Hövsan soğanı isə, 3 manatdan başlayır. Kələmin kilosu 40-50 qəpik arası, kökün kilosu isə, 1-1.50 manat dəyərində dəyişir. Göyərtinin dəstəsi isə, 20 qəpikdən başlayır.
Xiyar və pomidorun qiyməti 1.50-3 manat arası dəyişir. Süd və qatığ 1.50-2 manat arasında satılır. Yumurtanın qiyməti sürətlə bahalaşır. Bunu satıcıların özləri də etiraf edir. Belə ki, buroyler yumurtası 18 qəpiyə, kənd yumurtası isə, 20-25 qəpiyə satılır. Mal ətinin qiyməti 6.50-7 manatdan, qoyun ətinin qiyməti isə, 7-7.50 manat arasında dəyişir. Üzümün qiyməti 2.50 manat, alma isə, 3 kilsou 1-1.50 manat arasında satılır.
Bazar və yarmarkaya getmək arasındakı seçimi isə, siz dəyərli oxucularımıza buraxırıq. Evinizə bazarlıq etmədən müqayisə edib, ən sərfəfli və keyfiyətlisini seçməyə çalışın. Allah zənbilinizi dolu eləsin!


Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]
Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]
Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]
Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]
Bahalaşmanın yeni dalğası başladı –Yarmarkadan Reportaj [FOTOLAR]

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: