Kateqoriya: Ölkə, Hadisə, Manşet

Kəmaləddin Heydərov 5 milyon dollarlıq malikanəsini satışa çıxardı - Ekskluziv Fotolar

Kəmaləddin Heydərov 5 milyon dollarlıq malikanəsini satışa çıxardı - Ekskluziv Fotolar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin yanındakı malikanəsini satışa çıxarıb. AzEuroNews.com-un Naxçıvan müxbirinin verdiyi məlumata görə, 2010-cu ildə tikilən malikanəyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov arasında başlayan soyuq müharibə hələ də davam edir.
Malikakənin yerinə gəlincə Vasir Talıbov əvvəlcə burada tarixi tapıntıların nümayiş olunacağı ev muzeyi tikəcəkmiş. Daha sonra prezidentin tapşırığı ilə bu ərazidə “qonaq evi”nin tikilməsi məsələsi gündəmə gəlib. Diplomat və xarici qonaqlar üçün tikilməli olan “qonaq evi”nin yerində özünə malikanə tikdirən K.Heydərov birbaşa prezidentin göstərişinə qarşı çıxıb.
Müxbirimizin məlumatına görə, bu məsələ ilə bağlı ölkə başçısı məlumatlandırıldıqdan sonra Kəmaləddin Heydərov bu malikanəyə köçə bilməyib. Nazir həm də, istifadəsiz malikanənin Naxçıvan Ali Məclisinin sərəncamına verilməsinə qarşı çıxaraq mülkünü satışa çıxarıb. 5 milyon dollar dəyərindəki malikanənin satışı isə Türkiyədə və Naxçıvanda əmlak satışı ilə məşğul olan məşhur bir şirkətə tapşırılıb.
Qeyd edək ki, bir müddət əvvəl böyük şairimiz Hüseyn Cavidin məqbərəsinin yerləşdiyi ərazidə olan bu malikanə ilə bağlı ölkə başçısı İlham Əliyevə yazılı müraciət olunub. Ölkə ziyalıları adından ünvanlanan müraciətdə Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilən bu məqbərəyə qarşı sayğısızlıq şiddətlə qınanıb, həmin malikanənin tez bir zamanında sökülməsi tələb olunub..
Nəzərinizə çatdıraq ki, Hüseyin Cavidin həyat yoldaşı Müşkünaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Hər iki məzar sərdabə inşa edilərkən 1996-cı ildə buraya köçürülüb. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibəti ilə 1996-cı il 29 oktyabrda olub. Mərhum prezident H.Əliyev şəxsən məqbərənin açılışında iştirak edib.








Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *