Kateqoriya: Ölkə / Manşet

Eldar Əzizov “Bayıl planı”nın icrasına başladı

Eldar Əzizov “Bayıl planı”nın icrasına başladı



Bakının Səbail rayonunun icra başçısı Eldar Əzizov hökumətin “Bayıl planı”nın icrasına başlayıb. Bayıl qəsəbəsində yaşayan sakinlərdən AzEuroNews.com-a verilən məlumata görə, artıq evlərinin sökülməsi ilə bağlı icra hakimiyyəti tərəfindən xəbərdarlıq alıblar. Sakinləri narahat edən isə, evlərinin sökülməsi ilə bağlı onlara veriləcək kompensasiyanın azlığıdır. Çünki “Sovetski”də olduğu kimi burada da evlərin əksəriyyəti kiçik kvadratlıdır. Bunun qarşısılığında sakinlərə veriləcək kompensasiya ilə onlar heç bir yerdən ev ala bilməzlər.
Saytımızın əməkdaşı ilə söhbət edən sakinlər tələb edirlər ki, evlərinin müqabilində onlara şəhərdə yeni mənzillər verilsin. Belə olan halda onlar sakitcə evlərindən köçməyə razılıq verə bilərlər.

Məlumat üçün qeyd edək ki, əsasən sürüşmə zonasında yerləşən Bayıl qəsəbəsində evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı qərar çoxdan verilsə də, bu qərarın icrası müxtəlif səbəbdən ləngiyib. Hökumət 2012-ci ildə köçürülmə planını icra etmək istəyəndə ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışması buna mane oldu. Daha sonra 2015-ci ildə “Birinci Avropa Oyunları” zamanı hökumət yarışlardan əvvəl bu planı icra etmək istəsə də, vaxtın azlığı buna mane oldu. Ona görə də, məcbur olub kənardan gözəl və səliqəli görünsün deyə, evlər ağ boya ilə rəngləndi.

Görünən odur ki, “Sovetski” kimi Bayıl sakinlərinin də tələbləri yerinə yetirilməsə, Edar Əzizovun “Bayıl planı” böyük etiraz dalğasının yaranması ilə nəticələnəcək.

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız