Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » İcra başçısının “sağ əli” meydan sulayır – Neftçalada

İcra başçısının “sağ əli” meydan sulayır – Neftçalada

Опубликовано : 26-10-2016, 08:25 | Категория: Ölkə / Manşet
(голосов:0)
İcra başçısının “sağ əli” meydan sulayır – Neftçalada


Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyev içkili vəziyyətdə idarə etdiyi 50 CD 060 dövlət nömrə nişanlı “Land Lover” markalı avtomobilini idarə edərkən rayon mərkəzində inək vuraraq qəza törədib.
Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Firudin Nağıyev polis əməkdaşlarına qarşı kobud davranıb:
“Siz kimi saxlamısınız bilmirsiz? Mən Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əliyəm. Mənə kim nə edə bilər, içmişəm əcəb eləmişəm.
Firudin Nağıyev polislər tərəfindən Neftçala rayon polis bölməsinə aparılmasına baxmayaraq, İsmayıl Vəliyevin təzyiqindən sonra dərhal sərbəst buraxılıb.
Xatırlatmaq istəyirik ki, bir müddət əvvəl bir qrup Neftçala rayon sakini Firudin Nağıyev barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubova, Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədova, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova müraciət edib. Müraciətdə sakinlər Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsinin rəisi Firudin Nağıyevin qanunsuz əməllərindən, həmçinin qanunsuz gəlir əldə etmək məqsədi ilə bələdiyyəyə məxsus torpaqlarda dövlətin təbii sərvətini öz biznesi kimi istifadə etməsindən şikayətlənmişdilər.
Bundan başqa Firudin Nağıyevin narkotik maddələrin təsiri altında bələdiyyə tərəfindən bir çox təşkilatın yerləşdiyi inzibati binanın ətrafına çəkilmiş qoruyucu zənciri və metal dirəkləri üçüncü dəfə oğurlayarkən bələdiyyə işçiləri tərəfindən yaxalandığını və bu zaman tabeçiliyində olan ekskavator sürücüsünə ekskavatoru bələdiyyə işçilərinin üzərinə sürməsini əmr etmişdir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: