Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qalıb

Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qalıb

Tarix : 26-10-2016, 07:51 | Kateqoriya: Ölkə / Manşet
(голосов:0)
Lerikdə 50-dək yaşayış məntəqəsi işıqsız qalıb


Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: