Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Deputatdan Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına etiraz [VIDEO]

Deputatdan Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına etiraz [VIDEO]

Tarix : 14-10-2016, 18:48 | Kateqoriya: Ölkə / Siyasət / Manşet / video
(голосов:0)
Deputatdan Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına etiraz [VIDEO]

Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar. APA TV-nin məlumatına görə, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.


Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

Bundan başqa, valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər tətbiq olunacaq. Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslər AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad ediləcək, digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün bir sıra təminatlar yaradılacaq.

Parlamentdə Qarabağ veteranlarına pensiyaya çıxandan sonra da müavinət verilməsi təklif olunub.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunarkən Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, döyüşlərdə iştirak etmiş və haqqı olan bəziləri veteran vəsiqəsi ala bilməyib: “Ancaq elələri var ki, haqqı olmaya-olmaya haqqı olanların haqqını alır. Onlar heç təmas xəttində olmayıblar. Əmək və əhalinin sosial müdafiəsi naziri mənə Qarabağ müharibəsi veteranı vəsiqəsini alanlarla bağlı elə bir rəqəm dedi ki, bunu parlamentdə səsləndirmək belə istəmirəm. Bizdə o sayda Qarabağ müharibəsi iştirakçıları olmayıb”.

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə tədbirlər gücləndirilib. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna Azərbaycan prezidenti tərəfindən təklif edilən yeni iki maddədə əksini tapıb. Qanuna əlavə edilən yeni 11.1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı, o cümlədən elektron və ya şifahi verilə bilər.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət göndəriləndə bu şikayət oradan Baş Prokurorluğa göndərilir. Əgər biz bu qurumu yaratmışıqsa, yoxlama və istintaq aparılması səlahiyyətini də bu quruma həvalə edək. İdarə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa, hazırkı şəraitdə bu, məqsədəuyğun deyil”.

Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) şikayətlənib. Ç.Qənizadə deyib ki, bu günlərdə Bakıdan İstanbula AZAL-ın təyyarəsi ilə uçub: "Həmin vaxt təyyarənin "biznes-klass" sinfində 20 yerdən 15-i boş olub. İstanbuldan Bakıya qayıdanda xahiş etdim ki, mənə ön tərəfdə yer verilsin. AZAL-ın nümayəndəsi isə dedi ki, qabaq yer və geniş yer üçün əlavə olaraq 30 dollar ödənilməlidir. AZAL-ın bu qaydanı tətbiq etməsinə görə təyyarədə qabaq yerlər boş qalır. AZAL-ın nümayəndələri Türkiyədə özləri bizə yaxınlaşdılar və dedilər ki, rəhbərliyin təlimatı ilə belə qayda tətbiq olunub, buna görə yerlər boş qalır. Ona görə onlar özləri məndən bu məsələni qaldırmağı xahiş etdilər. Azərbaycanda turizmin inkişaf etdirilməsini istəyiriksə, belə hallar olmamalıdır".

Spiker Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə bu cür reaksiya verib: "Çıxış etmək əvəzinə, gəlib bu məsələni mənə təklikdə də deyə bilərdin".

Deputat Elmira Axundova Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib. O, bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əliyevin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: "Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

Deputat Siyavuş Novruzov isə Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəklinin olması təklif edilib. O xatırladıb ki, Türkiyə milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var: “Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

Qeyd edək ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 30 məsələ daxil edilib. Layihələr səsverməyə çıxarılaraq qəbul edilib.


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: