Kateqoriya: Ölkə / Hadisə / Ekonomist / Manşet

Göyçayda həkimlərin yeni işi bu imiş [FOTO]

Göyçayda həkimlərin yeni işi bu imiş [FOTO]


Azərbaycanın daha bir rayonunda pambıq yığımına başlanılıb. Məlumata görə, Göyçayda pambıq yığımına səhiyyə işçiləri də cəlb edilib. Bu barədə Göyçay rayon mərkəzi xəstəxanasının sosial şəbəkədəki səhifəsində qeyd edilib.

Paylaşım birmənalı qarşılanmayıb və bəziləri bunu səhiyyə işçilərinə hörmətsizlik kimi dəyərləndiriblər. Maraqlıdır ki, bir müddət sonra fotolar mərkəzi xəstəxananın səhifəsindən silinib.

Xatırladaq ki, oxşar hal Hacıqabul rayonunda da baş vermişdi. Rayonun təhsil şöbəsinin müdir müavini Balaxanım Ələsgərova açıqlamasında təhsil işçilərinin pambıq yığımına cəlb edildiyini bildirsə də, Təhsil Nazirliyi bu xəbəri təkzib etmişdi.





Dünya Muradova

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız