Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Şəki bazarında yanğın: 90 konteyner və 20 piştaxta kül oldu

Şəki bazarında yanğın: 90 konteyner və 20 piştaxta kül oldu

Опубликовано : 12-10-2016, 07:42 | Категория: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Şəki bazarında yanğın:  90 konteyner və 20 piştaxta kül oldu
Şəki şəhərində yerləşən bazarda yanğın olub. Rayon hüquq-mühafizə orqanlarından AzEuroNews.com-a verilən məlumata görə, yanğın ümumi sahəsi 2 hektar olan “Şəki Bazar” ASC-nin ərazisində qeydə alınıb. Yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Şəki Şəhər Şöbəsinin əməkdaşları gəliblər. Yanğın tez bir zamanda söndürülüb.
FHN-nin yaydığı məlumata görə, yanğın zamanı 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: