Kateqoriya: Ölkə, Hadisə

Abşeronda dəhşət: 25 yaşlı gənc iş adamını güllələdi

Abşeronda dəhşət: 25 yaşlı gənc iş adamını güllələdi

Abşeronda iş adamı güllələnərək qətlə yetirilib. Rayon hüquq-mühafizə orqanlarından Modernqezeti.com-a verilən məlumata görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.
Qətlin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *