Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Опубликовано : 11-10-2016, 17:27 | Категория: Ölkə / Hadisə / Manşet
(голосов:0)
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub.

Bu posta Azərbaycandan Lətif Hüseynov seçilib. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Xatırladaq ki, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Hakim Seçkisi Komitəsinin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin – Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: