Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycanın ən böyük idman klubu fəaliyyətini dayandırdı

Azərbaycanın ən böyük idman klubu fəaliyyətini dayandırdı

Tarix : 10-10-2016, 20:31 | Kateqoriya: Ölkə / İdman / Manşet
(голосов:0)
Azərbaycanın ən böyük idman klubu fəaliyyətini dayandırdı

“Neftçi” idman klubu fəaliyyətini dayandırıb. Musavat.com xəbər verir ki, Azərbaycanın ən böyük idman klubunun əməkdaşları qeyri-müəyyən müddətə öz hesablarına məzuniyyətə göndəriliblər.

“Neftçi” idman klubunun strukturunda 12 idman qurğusu və 3 istirahət mərkəzi fəaliyyət göstərir. Bu qurğularda idmanın 36 növü üzrə 169 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər. İstirahət mərkəzlərində isə neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti yüksək səviyyədə təşkil olunur və onlara müasir standartlara cavab verən səviyyədə xidmətlər göstərilir.




“Neftçi” idman klubunun strukturunda idman qurğuları bunlardır: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, İsmət Qayıbov adına Təlim-İdman Bazası, Təlim-Məşq Kompleksi, “Məşəl” İdman Kompleksi, Pirallahı stadionu və idman zalı, “Qaradağ” təlim-idman kompleksi, Siyəzən, Şirvan, Neftçala stadionları, İdman zalı kompleksi, Sumqayıt İdman Zalı Kompleksi və Sumqayıt Təlim-İdman Zalı.



Budan başqa, klubun strukturunda “Nabran” İstirahət Zonası, “Geofizik” İstirahət Zonası və “Şahdağ” İstirahət Zonası fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti təşkil olunurdu.





Klubun İdarəetmə aparatının rəhbəri “Neftçi” futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqovdur.



Musavat.com

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: