Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Gəlir- Arif Pənahoğlu

Gəlir- Arif Pənahoğlu

Tarix : 13-07-2017, 08:47 | Kateqoriya: Mədəni+niyyət
(голосов:0)
 

Qarabağın kimə xeyri -
Gör ki ,kimə nəyi ,gəlir?
Bakıdan nöyüt qoxusu,
Laçından qan iyi gəlir ...

Ölkə bərbad, millət nalan,
Borc boğazda ,büdcə talan .
Çoxaldıqca məddahları,
Doğrunu sındırır yalan .
Hansın deyim, hansın sayım,
Ha saydıqcan ,sayı gəlir ...

Aylar döndükcə illərə,
Dönür qara tarixlərə,
Müsəlmanıq deyə-deyə ,
Baş əyirik daş bütlərə .
Ata getdi, oğul gəldi -
Dalıncanda soyu, gəlir ...

Sürünənə çata bilmir ,
Taqətdən düşüb qalanlar .
Bu hala da şükr eləyir -
Zülmə adətkar olanlar .
Xəbəri yox , sabahından .
"Toy" üstündən "toyu" gəlir .

Məclis gurub halımıza -
Bel bağladıq ki, vəkilə ,
Bizə bir yol göstərələr ,
Müşkülə əncam çəkilə .
İndi beş il gözləyirik -
Yükün cəmləyib əkilə .
Buda bizə bəla olub ,
Səyi çıxır, xayı gəlir .

Açıq aşkar göz önündə ,
Böyük "qardaşın" diktəsi .
Balacanın həddi nədi ,
Önündə çıxa nəfəsi .
Ağzın açıb yem gözləyir,
Rahatcada "payı" gəlir ...

Öz evimin içindəcə
Güllələnir körpələrim ,
Məsum-məhsum budanılır,
Qönçələrim, pöhrələrim ...
Ha dözdükcə dözümlü xalq,
Vay üstündən vayı gəlir ...

Erməniynən şərab içmək -
Keçir arzu xəyallardan .
Heç kimsəyə pünhan deyil ,
Bu istəyin kökü hardan ?!
Padişahın xələfidi ,
Ondan betər tayı ,gəlir ...

Göz yumulu, vücud oyaq ,
Ömr edirik , manqurt sayaq .
Kimsə bilir ,kim anlayır-
Yetəcəkmi hünər ,qoyaq ?!
Kandardadı , "ayı" gəlir ...

Arif Pənahoğlu

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: