Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Bilin ki, məzarda Qurbanoğludu

Bilin ki, məzarda Qurbanoğludu

Tarix : 22-01-2017, 22:26 | Kateqoriya: Mədəni+niyyət
(голосов:0)
Bilin ki, məzarda Qurbanoğludu

Sevgi məktəbində qaldim sinifdə
Qiymətim həsrətlə dərd-kədər oldu
Oxuyub qurtara bilmədim dərsi
Ayrılıq yaş olub gözümdə dondu


Verdim hədər getdi ömrümü yelə
Bəxtim gəmi təki düşdü bir selə
Tuş gəldi qara saç vaxtsız ağ dənə
Hicran külək olub saçımı yoldu


Olmadı dərdimi bir dinləyənim
Yazıldı qarayla eşq gündəliyim
İndi nə gedənim var nədə gələnim
Təsəllim tək sakit gecələr oldu


Həyat fani güvənmədim heç zaman
Gedəcəkdi bu dünyadan hər insan
Bir şəkil görsəniz mənə oxşayan
Bilin ki, məzarda Qurbanoğludu

Kənan Qurbanoğlu

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: