Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss

Şəhidlər

Tarix : 22-01-2017, 21:51 | Kateqoriya: Mədəni+niyyət
(голосов:0)
Şəhidlər

Şəhidlərin qanıyla sulandı qara torpaq,
Zaman-zaman döyüşdə,sinəsi yara torpaq.
Düşmənimiz birləşib,düşübdü dara torpaq,
Şəhidlər,ağı deyil,yazıram dastan sizə.
Həmişə fəxr edər torpağıyla,daşıyla,
Döyüşlərə atıldı öz istəyi,xoşuyla.
Xəmirimiz yoğrulub anaların yaşıyla,
Şəhidlər,ağı deyil,yazıram dastan sizə.
Bayrağı qaldırdılar başlarının üstünə,
Durdular xain çıxan düşmənlərin qəstinə.
Çəkildi milli bayraq tabutların üstünə,
Şəhidlər,ağı deyil,yazıram dastan sizə.
Müqəddəs torpaqlarda uyudular əbədi,
Məzarları millətə sanki elə Kəbədi.
Şəhidliyin zirvəsi,ən müqəddəs zirvədi,
Şəhidlər,ağı deyil,yazıram dastan sizə.

Məmməd Mərzili

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: