Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » "Övladım olsaydı, məndən utanardı" [VIDEO]

"Övladım olsaydı, məndən utanardı" [VIDEO]

Опубликовано : 3-12-2016, 09:16 | Категория: Mədəni+niyyət / video
(голосов:0)
"Övladım olsaydı, məndən utanardı" [VIDEO]

“İnsana sevgini uşaqlıqdan verirlər. Mən o sevgini görmədim, valideynlərim belə məsləhət bildi. Bu da mənim taleyimdir. 40 yaşıma qədər çox əziyyətlər çəkdim. Bu gün mən 17-ci mərtəbədəyəm, aşağı baxanda başım gicəllənmir. Nə vaxtsa, yenə düşəcəm. Amma yeni ideya yaradıb, yüksəyə qalxacam. Həyatım budur, həmişə qalxmışam da, düşmüşəm də”.

Axşam.az-ın məlumatına görə, bu sözləri stilist Samiraldo Nail Naiboğlunun “Stop” verilişinə açıqlamasında deyib.

Stilist övlad sahibi olmaq istədiyini söyləyib. Samiraldo bildirib ki, övladının ondan utanmasından çəkinir:

“Hamı, eləcə də mən, övlad sahibi olmaq istəyirəm. Ailəm, övladım olsun, evə gəlim uşağımı bağrıma basım. Amma cavanlığımda nəyinsə xətrinə düşünməmiş pis izlər qoymuşam. Bunu yaddan çıxarmaq qeyri-mümkündür. Uşaqlıqda reytinq naminə, gündəmdə olmaq üçün etdiyim səhvləri fikirləşmədim. İndi deyirəm, gərək etməzdim. Onda indi mənim övladım da, ailəm də olardı. Alnım açıq uşağımı bağçaya da, məktəbə də yola salardım. Heç kim ona deməzdi ki, Samiraldonun övladıdır. İstəmərəm ki, övladım mənim adımdan utansın. İndi mənim övladım olsaydı, adımdan utanardı. O vaxtlar bunu düşünmürdüm. İnsan ürəyi istəyən kimi geyinir, hərəkət edir. Deyirik, azadıq ürəyimiz istəyəni edirik. İndi başa düşürəm ki, yanlışdır. Biz tək özümüz yox, başqası üçün dünyaya gəlmişik”.

Samiraldo 16 yaşında sevdiyi qızdan danışıb:

“Uşaqlıqda qız sevgilim olub. Onun arxasınca düşmüşəm, universitet qarşısında saatlarla gözləmişəm. Hətta atası məni hədələmişdi ki, səni bir də qızımın ətrafında görməyim".



Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: