Kateqoriya: Mədəni+niyyət

Namiq Aygün Kazımovanın bağ evini əlindən alıb [VIDEO]

Namiq Aygün Kazımovanın bağ evini əlindən alıb [VIDEO]


Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu haqda dediyi “Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:

“Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.

N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:

“Bunlar çox şəxsi məsələlərdir. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.

Qeyd edək ki, A.Kazımova saytımıza müsahibəsində "Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb" sualına belə cavab vermişdi:

"Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *