Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Əli Həsənova yol göründü: Təcili PA-ya çağırıldı

Əli Həsənova yol göründü: Təcili PA-ya çağırıldı

Tarix : 4-08-2017, 15:04 | Kateqoriya: Hadisə / Manşet
(голосов:0)
 

Baş nazirin müavini, qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənova yol görünüb. AzEuroNews.com-un əldə etdiyi məlumatına görə, nəvəsi Nail Allahverdiyevin Heydər Əliyev prospektində avtoxuliqanlıq edərək qəzaya səbəb olması ilə bağlı bütün məlumatlar ölkə başçısına çatdırılıb. Məlumatda deyilir ki,  artıq Əli Həsənov bu gün səhər saatlarında Prezident Administrasiyasında görünüb. Onun prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlərlə iş üzrə köməkçisi Fuad Ələsgərovla görüşdüyü də verilən məlumatlar sırasındadır. Belə ki, Əli Həsənova deyilib ki, hadisə ilə bağlı ölkə başçısı məlumat tələb edib. Hadisə barədə ətraflı məlumat alan prezident İlham Əliyev qəzəblənib və bu hadisəyə lazımı hüquqi qiymətin verilməsi ilə bağlı  öz göstərişlərini verib.

Nail Allahverdiyev hardadır?

Baş verən qəzada əvvəlcə öldüyü, sonra ağır yaralandığı, daha sonra sadəcə əlinin yandığı deyilən Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin hansı xəstəxanada olduğu isə, sirr kimi qorunur. Saytımız paytaxt ərazisində yerləşən özəl və dövlət xəstəxanalara sorğu verərək N.Allahverdiyevin yerini öyrənmək istəsə də, bu heç cürə alınmayıb.


 

hazırlanarkən redaksiyamıza məlumat daxil oldu ki, Nail Allahveriyev Mərkəzi Klinik Xəstəxanasından Mərkəzi Gömrük Hospitalına köçürülüb. Onun təkcə əli yox, bədəninin digər üzvləri də yanıb.

"Bu səhər Türkiyədən xüsusi həkim gətirilib. Hazırda Nazil Allahverdiyev Mərkəzi Gömrük Hospitalında müalicə alır. Səhhətində bir irəliləyiş olmasa onun yaxın günlərdə Türkiyəyə göndəriləcəyi də deyilir" deyə Mərkəzi Gömrük Hospitalında çalışan mənbəmiz saytımıza məlumat verib.
Nail Allahverdiyevin ölkədən çıxarılması isə, onun ölümlə nəticələnən qəzaya görə, məsuliyyətdən yayınmasına səbəb ola bilər.

Vaqif Əsədov: "Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub"


Bəs qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi?

 

Axı Heydər Əliyev prospekti tamamilə videomüşahidə kameralarının nəzarəti altındadır, eyni zamanda bu yolda çoxsaylı radarlar quraşdırılıb. Deməli qəza törədən avtomobilin həmin yoldakı bütün hərəkəti, eləcə də qəza anı videomüşahidə kameraları tərəfindən çəkilib.
Virtualaz.org saytı bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət edib.
Şöbə rəisi bu barədə danışmağa çətinlik çəkdiyini deyib: “İndiki  qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə  sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familyası mənimlə eynidir. Hazırda “ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur".

Hadisə necə baş verib?

Hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” seriyası nömrəsi bəlli olmayan “777” nömrəli qırmızı rəngli “BMW” ilə yarışa çıxıbmış.

Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allahverdiyevin avtmobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen”lə yanaşı eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli “Gelandewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, nəvənin “Gelandewagen”lə törətdiyi birinci qəza deyil.

 

Digər mənbələrə görə isə, söhbət qırmızı rəngli 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilindən gedir.
Avtomobildəkilərin  çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş.

 

Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər.
Qəza nəticəsində dövlət agentliklərində ilkin məlumatda 3 nəfərin öldüyü yazılsa da, sonrada 2 nəfər olaraq dəyişdirildi. Ölənlərin adları sürücü Mehdi Əliyev və piyada Vaqif Əsədov olduğu deyilir. İki nəfər də türk vətəndaşları var. İlk xəbərdə Nailin də öldüyü yazılmışdı. Amma sonradan təkzib edilərək, sürücüsünün öldüyü qeyd edildi.

 
Həqiqətdə isə, gənclər gecə klubundan çıxaraq ötüşməyə başlayıblar. Digər maşın isə, qırmızı rəngli "Mazda" markalı avtomobil olub. Şahidlərin dediyinə görə digər maşın 99-FS-777 nömrəli olub. Sonra "Gelandewagen" piyadaları vurub və idarəetməni itirərək divara çırpılıb. Ölən Mehdi adlı şəxsin Nailin doğma bibisi oğlu olduğu bildirilir. Qeyd edək ki, Nail Allahverdiyev həm də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kürəkənidir.

 

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: