Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » LEGAT: Özünü suriyalı kimi təqdim edən azərbaycanlılar var

LEGAT: Özünü suriyalı kimi təqdim edən azərbaycanlılar var

Tarix : 8-07-2017, 11:56 | Kateqoriya: Hadisə / Dünya / Manşet
(голосов:0)
 

"Özünü suriyalı kimi təqdim edən azərbaycanlı ailələr az deyil. Onların heç biri uğur əldə etməyib və etməsi də mümkün deyil". Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən "Legat" hüquq firmasından məlumat daxil olub.
Məlumatda deyilir ki, özünü suriyalı qaçqın kimi təqdim edənlər ifşa olunur: "Belə ki, Münster məhkəməsində 26 iyunda özünü Suriyadan olan qaçqın kimi təqdim edən Ukrayna ailəsinin məhkəmə prosesi keçirilib. Həmin ailə Almaniyada 3 il əvvəl qaçqın statusu alıb. 2014-cü ildə qaçqın statusu almaq üçün Ukraynaya gəlib. Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) onların yazılı təqdim etdikləri müraciətlərinə baxıb və onları qaçqın statusu ilə təmin edib. Beləliklə, onlara şifahi müsahibə keçirilmədən yazılı müraciət əsasında qaçqın statusu verilib".
Ailə, qaçqınların məskunlaşdığı binada mənzillə təmin ediləndən sonra, sevincək olub və qonşulara alman hökumətini aldatma qaydasından “dərs” verməyə başlayıb: "Bir kəlmə də olsun ərəb dilini bilmədikləri halda qaçqın statusu almağa nail olduğların bildiriblər. Bu məlumat səlahiyyətli orqanlara çatdıqdan sonra 2016-cı ilin aprel ayında həmin ailəyə verilən qaçqın status ləğv edilib".
Almaniyanın müvafiq orqanlarının qəbul etdiyi bu qərardan ukraynalı ailə hazırda məhkəməyə şikayət edib və Münster məhkəməsində həmin işə baxılır. Təbii ki, bu şikayətin heç bir prespektivi yoxdur və məhkəmə prosesində sonra onların dərhal deportasiya olunacağı gözlənilir.
"Legat" hüquq firmasından verilən məlumatda həmçionin vurğulanır ki, özünü Suriyalı kimi təqdim edən və eyni uğursuzluğu yaşayan azərbaycanlı ailələr də az deyil: "Onların da heç birisi uğur əldə etməyib və etməsi də mümkün deyil".

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: