Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » "APA Holding"də ev üstə DAVA: Qan Turalı işdən çıxdı, "Kulis.az"ın əməkdaşları...

"APA Holding"də ev üstə DAVA: Qan Turalı işdən çıxdı, "Kulis.az"ın əməkdaşları...

Tarix : 27-05-2017, 20:35 | Kateqoriya: Hadisə / Manşet
(голосов:0)


"APA Holding"də jurnalistlərin binasından ev almaq üçün namizədlərin müəyyən olunması məqsədi ilə iclas keçirilib. Musavatxeber.com-a daxil olan məlumatda deyilir ki, iclas zamanı mübahisə yaranıb. Buna səbəb "APA Holding"ə daxil olan "Kulis.az" saytının baş redaktoru Qan Turalının iclasda iştirak etməməsi olub. Məlumata görə, holdinqə daxil olan digər sayt rəhbərləri iclasda iştirak etsə də, Qan Turalıya bu barədə heç bir məlumat verilməyib. Bu da öz növbəsində uzun illərdir bu sayta rəhbərlik edən və ölkəmizdə kifayyət qədər məşhur olan mədəniyyət portalının baş redaktoru da daxil olmaqda digər işçilərinin haqlı narazılığına səbəb olub.


Direktorlar Şurasının sədri Nurşən Quliyevin "APA" əmədakdaşları ilə keçirdiyi iclas (Arxiv)
Direktorlar Şurasının sədri Nurşən Quliyevin "APA" əmədakdaşları ilə keçirdiyi iclas (Arxiv)

Holdinqin prezidenti Vüsalə Mahirqızı ilə mübahisə edən Qan Turalı "Kulis.az"dan ayrıldığını elan etdikdən sonra holdinqin binasını tərk edib. Məlumata görə, Qan Turalının bu hərəkətindən sonra "Kulis.az"ın digər işçiləri də "APA Holdinq"i tərk edərək Vüsalə Mahirqızına öz etirazlarını bildiriblər.



"Kulis.az"ın baş redaktoru Qan Turalı
"Kulis.az"ın baş redaktoru Qan Turalı

Məlumatda qeyd olunur ki, Vüsalə Mahirqızı iclasda açıq şəkildə evlərin kimə çatacağını elan edib. İclasda iştirak edənlər də onun bu təklifi ilə razışlamaq məcburiyyətinə qalıblar.

"Evsiz jurnalistlər bir tərəfdə qalıb, Vüsalə Mahirqızı evi holdinqdə çalışan texniki işçilərə və öz qohumlarına paylayır. Onun holdinqin demək olar ki, hər şöbəsində rəhbər vəzifədə qohumu var.  Halbu ki, namizədlərin heç biri Mətbuat Şurasının elan etdiyi kriteriyalara cavab vermir. "Kulis.az" kollektivi kiçik olsa da, burda  həm iş stajına görə, həm də sosial vəziyyətinə görə evə ehtiyacı olanlar var. Vüsalə Mahirqızının bu hərəkətini onlar özlərinə qarşı hörmətsizlik kimi qəbul edərək işdən ayrılıblar".


"APA Holding"in prezidenti Vüsalə Mahirqızı
"APA Holding"in prezidenti Vüsalə Mahirqızı

Məsələ ilə bağlı "APA Holdinq"lə əlaqə saxlayıb onların mövqeyini öyrənməyə çalışsaq da, bu heç cürə mümkün olmadı.

Qarşı tərəfin də mövqeyini öyrənib, dərc etməyə hazırıq.






Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: