Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Vətənə xəyanət edənin meyitini qəbiristanlıqda dəfn etməyə qoymadılar

Vətənə xəyanət edənin meyitini qəbiristanlıqda dəfn etməyə qoymadılar

Tarix : 17-05-2017, 13:47 | Kateqoriya: Hadisə / Manşet
(голосов:0)
 

Bir müddət öncə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər…
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.
Hadisə ilə bağlı rəsmi açıqlama sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir qrup satqınların adlarının tezliklə açıqlanmasını tələb edərkən, digərləri hətta onlara görə ölüm hökmünün bərpasını istəyir.
Tərtər rayonu sakinlərinin Modern.az-a verdiyi məlumata görə, vətənə xəyanət etmiş şəxslərdən biri Mehman Telman oğlu Hüseynov olub. Onun bu günlərdə öldüyü və dəfn edildiyi bildirilir. Mehman Hüseynov Tərtər rayonunda yaşayırmış.
Tərtərin Dəmirçi kənd inzibati ərazisi üzrə nümayəndəsi Zəqəm Ağayev Modern.az-a bildirib ki, adı çəkilən şəxs Cəmilli kəndindəndir və həmin kəndin qəbiristanlığında dəfn olunub. Z.Ağayev deyib ki, M.Hüseynovun yaşayış yeri Cəmilli kəndi olub.
“Onun 34 yaşı var idi. Hazırda onun həyat yoldaşı iki az yaşlı oğlu ilə birlikdə Cəmilli kəndində yaşayır”.
Məsələ ilə bağlı Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndə Manaf Məmmədov Modern.az-a bildirib ki, xəyanətkar Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:
“Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, “setka”nın o biri üzündə basdırılıb”.
Kənd rəsmisi sakinlərin Mehmanın qəbiristanlıqda dəfn olunmasına qarşı çıxmasını onun vətənə xəyanətilə əlaqələndirib:
“Bizim kəndin camaatı xəyanətkarın bu torpaqda dəfn olunmasına icazə vermirdi. Sakinlər dedilər ki, “bizim müqəddəs yerimizdə o cür satqının dəfn olunmasını istəmirik”. Uzun çək-çevirdən sonra Mehmanı qəbiristanlığın çöl tərəfində basdırılmasına icazə verdilər”.
M.Məmmədov digər xəyanətkarlar barədə əlavə məlumat vermək istəməyib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: