Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Biznes ortağını tutduran general Baş Prokurorluqda sorğulandı-FOTOLAR

Biznes ortağını tutduran general Baş Prokurorluqda sorğulandı-FOTOLAR

Tarix : 1-03-2017, 09:26 | Kateqoriya: Hadisə / Manşet
(голосов:0)
Biznes ortağını tutduran general Baş Prokurorluqda sorğulandı-FOTOLAR


Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanov sorğu-sual edilib. AzEuroNews.com-un “Azpolitika.info”ya istinadən məlumat verir ki, xeyriyyəçi iş adamı İlham Qasımovun həbsində adı hallanan general Baş Prokurorluğun rəhbərliyi tərəfindən sorğu-sual edilib.
Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun biznes şəriki Gülağa Qəmbərovun (Gülağa Tənha kimi tanınır-F.Ç) canfəşanlığı ilə həbs olunan xeyriyyəçi iş adamı İlham Qasımovun apellyasiya məhkəməsində sifarişin və qurulmuş oyunun üstü açılıb. Eyni zamanda bu olayın mətbuatda yayılması generalı çıxılmaz vəziyyətə salıb. Çünki yerli mətbuatın yazdığına görə, Müqəddəs Sultanov tutduğu vəzifədəki statusundan istifadə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən qohumu Zeynal Ağayevin əliylə İlham Qasımova 15 il azadlıqdan məhrumetmə cəzası təyin etdirib.
Sonradan İlham Qasımovun anasının, vəkillərinin ölkə başçısına şikayətləri, habelə, medianın bu qurama cinayət işi ilə bağlı obyektiv araşdırmaları nəticəsində aidiyyatı qurumlar prosesi nəzarətə götürüb. Günahsız yerə həbsə atılan iş adamının ikinci instansiyada ədalətə nail olacağına dair yaranmış vəziyyət Müqəddəs Sultanov və Gülağa Qəmbərovu ciddi narahat edib.


Bəs kimdir İlham Qasımov?





Azərbaycanda nüfuzli iş adamı kimi tanınan İlham Qasımov eyni zamanda bir çox xeyriyyə və sosial əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində yaxında iştirak edib. Bir zamanlar Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovla biznes şəriki olan İlham Qasımov YAP üçün Astarada inzibati bina inşa etdirib. Eyni zamanda o, Beyləqanda Heydər Əliyev adına məscid tikdirib və dövlətin sosial siyasətinə həmişə dəstəyini verib.


“Müqəddəs Sultanov və Gülağa Qəmbərov oğlumun əmlakına göz dikiblər”






Həbsdə olan iş adamı İlham Qasımovun anasının dediyinə görə, oğlunu şərləyib həbs etdirən general Müqəddəs Sultanov və Gülağa Qəmbərov müxtəlif adamlar vasitəsilə ailələrinə, oğlu İlham Qasımovun vəkillərinə qarşı şər və böhtan kampaniyası aparırlar: ” Oğlum, iş adamı İ.Qasımov onların məqsədlərinin heç də yaxşı olmadığını bildikdən sonra “Real” MTK-dakı payının 10%-ni general M.Sultanovun həyat yoldaşı Təranə Novruz qızı Əliyevanın adına, 45%-ni isə G.Qəmbərovun sonuncu arvadı Şəhla Əliağa qızı Rüstəmovanın adına keçirib.
Lakin Gülağa Qəmbərov oğlumun yaxasından əl çəkmədi və hələ də əl çəkmək istəmir. Çünki oğlum onun və havadarı, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun çirkin əməllərinə alət olmaq istəmədi. General M.Sultanov və G.Qəmbərov oğlum İ.Qasımov barəsində işin Apellyasiya Məhkəməsinə verildiyini bilərək, öz qara fikirlərindən əl çəkmədən yenidən bizlərdən mal-mülkümüzü tələb edirlər. Tamahlarına sahib çıxa bilməyən cütlük oğluma sifarişlə verdirtdikləri 15 illik həbs qərarının quvvədə qalması üçün əllərindən gələni edirlər. Dövlət məmuru M.Sultanov və hazırda cinayət axtarışında olan G.Qəmbərovun birgə hazırladıqları ssenari ilə mülki işi cinayət işinə cevirərək, insan həyatının onlar üçün nə qədər uçuz olduğunu subut ediblər. Və indi də oğlumun həyatını məhv etməyə çalışırlar. General M.Sultanovun diktəsi ilə G.Qəmbərovun arvadının şikayət edərək ailəmizdən tələb etdiyi puları, indi G.Qəmbərov özü tələb etməyə başlayıb. Bununla bağlı şikayət verib. Bunu necə başa düşək? Ortaqların şəriklikdə ünvanlı xərclənən pulları tələb etmələri yalnız onların tamahkarlığı ilə bağlıdır. General M.Sultanov və G.Qəmbərov özlərini oğlumun biznes şərikləri kimi deyil, düşməni kimi aparırlar. Bu da onunla bağlıdır ki, Müqəddəslə Gülağa oğlum İ.Qasımovun var-dövlətinə göz dikiblər”.


Gülağa Qəmbərov (Tənha) haqqında arayış…






Məlumatda deyilir ki, Gülağa Qəmbərov vaxtı ilə – 1993-1994-cü illərdə “OMON”-un rəhbər şəxslərindən biri kimi dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən birisidir: “G.Qəmbərov “OMON” adlı bir qurum tərkisilah olduqdan, liderlərdən biri – R.Cavadovun ölümündən sonra həmin gecə gizli yolla Azərbaycanı tərk edərək, qaçıb. Qorxu hissi keçirən G.Qəmbərov adını və soyadını dəyişərək, Albert Mixailoviç Umarov adı altında sonradan birdən-birə milyoner kimi ortaya çıxıb.
Ortaya çıxmaqda ona yardımçı olan isə, sabiq Mili Təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-nin idarə rəisi, general Akif Çovdarov və hazırda dövlət məmuru olan general M.Sultanov olub. Onların dəstəyi ilə Azərbaycanda öz fəaliyyətini davam etdirməyə nail olub.
G.Qəmbərov Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. O, Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb. Bundan sonra Eldar Mahmudov onun Azərbaycana girişinə icazə verib. G.Qəmbərovun Eldar Mahmudovla işbirliyi açıqlansa bir çox həqiqətlər ortaya çıxar. Lakin kimsə bu əlaqələrin ortaya çıxmasını yasaqlayır”.

Müəmmalı məqamlardan biri də budur ki, o, biznes fəaliyyətində Albert Mixailoviç Umarov kimi, məhkəmə şikayətlərində isə Gülağa Qəmbərov kimi tanınır.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: