Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » İğdırdakı qətliam kimi qəzanı Aydın Əliyevin avtobusu törədib-FOTO/VİDEO

İğdırdakı qətliam kimi qəzanı Aydın Əliyevin avtobusu törədib-FOTO/VİDEO

Tarix : 21-02-2017, 00:21 | Kateqoriya: Hadisə / Dünya / Manşet / video
(голосов:0)
İğdırdakı qətliam kimi qəzanı Aydın Əliyevin avtobusu törədib-FOTO/VİDEO

Fevralın 20-də İğdırda 7 nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi detalları məlum olub. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumat üçün qeyd edək ki, toqquşan avtobuslar "Metro" və "Iğdır" turizm şirkətlərinə aid olub. Hadisə yerində işləyən hüquq-mühafizə orqanları işçilərinin ilkin məlumatına görə, hadisəyə səbəb "Metro" şirkətinə aid sürücünün qadağan olunmuş yolda ötmə əməliyyatı etməsi olub. Diqqətli oxucularımızın yadındadırsa ötən günlərdə "Metro" turizm şirkətinin Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə, türkiyəli işadamı Qalib Öztürkə aid olduğunu yazmışdıq.

Xəbərdə deyilirdi ki, Qalib Öztürklə Aydın Əliyevin uzun illərdir ki, biznes ortağıdırlar. 2012-ci ildə o vaxtkı baş nazir Rəcəb Tayyip Ərdoğanın göstərişi ilə həbs olunan Qalib Öztürk həbsdən çıxdıqdan sonra siyasi statusunda 180 dərəcə dəyişiklik edərək hazırkı AKP iqtidarını dəstəkləməyə başlayıb. O vaxt Q.Öztürk “Qara pul əməliyyatı” ilə bərabər narko ticarətlə də ittiham olunub.

“Metro” şirkətinin sahibi Qalib Öztürkün ən böyük ortaqlarından olan gömrük komitəsinin rəisi Aydın Əliyev uzun illərdir ki, holdinqin Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan marşurut xətti üzrə sərnişin daşımaçılığına birbaşa nəzarət edir. Həmçinin o, şirkətdə böyük pay sahiblərindən hesab olunur. Holdinqin Azərbaycandakı avtobazası Bakı Beynəlxalq Avtovağzalında yerləşir.










Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: