Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » “AzTV”nin müxbiri “AzərTAc”dakı həmkarının “torbasını” necə tikdi?

“AzTV”nin müxbiri “AzərTAc”dakı həmkarının “torbasını” necə tikdi?

Tarix : 8-02-2017, 08:58 | Kateqoriya: Hadisə / Dünya / Manşet
(голосов:0)
“AzTV”nin müxbiri “AzərTAc”dakı həmkarının “torbasını” necə tikdi?

“AzərTAc”-ın Ukrayna üzrə xüsusi müxbiri Zeynal Ağazadə tutduğu vəzifədən azad edilib. AzEuroNews.com “Moderator.az”a istinadən xəbər verir ki, 2000-ci ildən Kiyevdə fəaliyyət göstərən Z. Ağazadə çoxdan imiş ki, “AzTV”nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovla yola getmirmiş. Münasibətlərdəki gərginliyiə baxmayaraq M. Aslanov heç cür Z. Ağazadənin “torbasını tikə” bilmirmiş.

Ancaq Ukraynaya yeni təyin olunmuş səfir Azər Xudiyevlə dostluq münasibətlərindən istifadə edən M. Aslanov nəhayət Z. Ağazadənin 17 illik Kiyev dönəminə son qoymağı bacarıb və yanvarın 31-də “AzərTAc”-ın müxbiri böyük qalmaqalla vəzifəsindən kənarlaşdırılıb.

Ağazadənin yerinə hələlik təyinat olmasa da, Ukraynadakı mənbələr həmin posta Mövsüm Aslanovun öz dostunu gətirəcəyi bildirirlər.

Məlumat üçün bildirək ki, Mövsüm Aslanov, Emin Hüseynlinin digər dostu Anar Tahirov vurulan eks şöbə müdiri Elnur Aslanov və eks deputat Ceyhun Osmanlı ilə eyni komandada olub və “Fətullahçı” kimi tanınıblar.







Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: