Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Piter Elçin” Astan Şahverdiyevə vaxt qoydu: “Mal-mülkü yağmalanacaq”

Piter Elçin” Astan Şahverdiyevə vaxt qoydu: “Mal-mülkü yağmalanacaq”

Опубликовано : 25-12-2016, 20:44 | Категория: Hadisə / Manşet
(голосов:0)
Piter Elçin” Astan Şahverdiyevə vaxt qoydu: “Mal-mülkü yağmalanacaq”



Millət vəkili Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlıları “otxod” adlandıraraq təhqir etməsi, sözügedən ölkədə yaşayan həmvətənlərimizin də qəzəbinə səbəb olub. AzEuroNews.com-un məlumatına görə, artıq Rusiyadan yaşayan azərbaycanlı “qanuni oğru”ların bu məsələni oturub müzakirə etdikləri də yayılan xəbərlər arasındadır. Məlumatlı mənbəmizin bildiridiyinə görə, deputat Astan Şahverdiyə zəng vuran “Sankt-Peterburqda yaşayan, ”Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet üzr istəməsi üçün ona bir gün vaxt verib. Deput üzr istəməməsi təqdirə onun mal-mülkünün yağmalanaraq yandırılacağı ilə bağlı xəbərdarlıq da alıb.

Artıq Astan Şahverdiyevin buna görə Daxili İşlər Nazirliyinə müraciət etdiyi də deyilir.

Müşfiqabad qəsəbəsində yerləşən qaçın şəhərciyində yaşayanlardan saytımıza daxil olan məlumatda isə deyilir ki, bu gün səhər saatlarından sözügedən ərazidə olan deputatın 20-ə yaxın irili-xırdalı ticarət obyektinin mühafizəsi gücləndirilib.



Məlumat üçün qeyd edək ki, qanunən yasaq olsa da, deputatın ən böyük bizneslərindən birinin gəlirləri, təhqir etdiyi məcburi köçkünlərdən çıxır. Belə ki, deputatın Müşfiqabad qəsəbəsi, qaçqın şəhərciyində 20-yə yaxın irili-xırdalı obyekti var. Bunlara 300 metrlik “Qarabağ” adlı marketi, gözəllik salonu, kişi salonu, dönərxana, aptek, geyim dükanları və s.obyektlər daxildir. 2009-cu ildə evlə bağlı müraciət edən deputata şəhərin mərkəzində 3 otaqlı ev verilib.

Həmçinin Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, 1971 təvəllüd Araz Vəli oğlu Şahverdiyev deputatın qardaşı oğludur. Bir qohumu isə, Cəbrayıl Rayon Baytarlıq idarəsinin rəisi İlham Şahverdi oğlu Şahverdiyevdir. Özü 15 ildir Cəbrayılın deputatıdır, qohumları vəzifələrdədir. Cəbrayıl isə, 23 ildir işğal altındadır.


Elmira Bayramova

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: