Kateqoriya: Hadisə, Dünya, Manşet

Almaniyada son 30 ilin doğum rekordu qeydə alındı

Almaniyada son 30 ilin doğum rekordu qeydə alındı

Almaniyada son 30 ildə doğum rekordu qeydə alınıb. Modernqezeti.com-un Avropa Bürosunun məlumatına görə, “Legat” hüquq firmasının hazırladığı hesabatda qeyd olunur ki, bu rekord Almaniya hökümətinin doğum sayının artırılması üçün apardığı ciddi islahatların nəticəsidir.
Almaniya höküməti hesab edir ki, doğum sayının artımına hamiləliyin və hamilə qadınların hüquqlarının qorunması ilə nail olmaq mümkündür.
Belə ki, bundan sonra hamiləliyin qorunmasına təminat kimi hamilə qadınlar haqqında anonomliyin qorunması, hamiləliyini gizli saxlamaq istəyən şəxsin istədiyi qədər xəstəxanada qalması, doğduğu uşağı heç bir problem olmadan xəstəxanaya təhvil verməsi və s. nəzərdə tutulur. Bu kimi tədbirlər qanunsuz abortun, yeni və ya gizli doğulan uşaqların küçəyə atılmasının qarşısını alır.
Qəbul edilən qanunlar əmək fəaliyyəti ilə məşğul olan qadınların hamiləliklə bağlı olan hüquqlarını, analıq məzuniyyəti, analığa görə yardım almaq, uşaqların tərbiyəsinin təşkilinə ayrılan vaxtda iş yerini saxlamaq və s. sahədə müdafiəsinə təminat verir. Qanuna görə, qadın işə düzələn zaman hamiləlik, ailə vəziyyəti və ailə planları haqqında məlumat verməyə bilər. Bu qaydaya işə götürən şəxslə iş istəyən arasında aparılan şifahi söhbət zamanı da əməl olunur.
Qanun gələcək ananın, doğulacaq və ya artıq doğulmuş uşağın da sağlamlığının qorunmasına təminat verir. Həmçinin qanunda hamilə qadına iş yerində istirahət üçün şəraiti olan yer, fasilə üçün şərait yaradılması, hamiləliyin 5-ci ayından sonra gün ərzində 4 saatdan artıq ayaq üstə işləməmək nəzərdə tutulur. Tozlu, şüalanmanın normadan çox olduğu, hava şəraitinin normal olmadığı şəraitdə hamilə qadınların işləməsinə yol verilmir.

Qeyd olunanlar Almaniya vətəndaşları ilə yanaşı Almaniyada yaşamaq və işləmək icazəsi olan bütün qadınlara şamil olunur.

İşə götürən qeyd olunanlara əməl etmədikdə onu 15 000 avro cərimə cəzası gözləyir.
Almaniyada yaşayan bəzi soydaşlarımız hesab edirlər ki, Almaniyada dünyaya uşaq gətirmək onların ailələrinin Almaniyada yaşamasına yol açacaq. Bizə müraciət edənlərin əksəriyyəti hesab edir ki, Almaniyada uşağı olan ailə üstün hüquq əldə edir və bu üstün hüquq onların Almaniyada daimi yaşamaq hüququ almasına kömək edəcək. Əslində, bu tam yanlış bir fikirdir.
Almaniyada doğulmaq o demək deyil ki, uşaq istənilən vaxt Almaniyaya geri qayıdıb vətəndaşlığa müraciət edə bilər. Almaniyada doğulmuş uşaq ancaq iki halda vətəndaşlığa iddia edə bilər:

1. Əgər uşağın valideynlərindən biri ən azı 8 il Almaniyada qanuni yaşayıbsa;
2. Əgər uşaq Almaniyada ən azı 6 il məktəbə gedibsə.


Qanuni yaşamaq icazəsi dedikdə, işləmək məqsədi ilə gəlib müvəqqəti yaşamaq icazəsi alanlar, sığınacaq istəyi qəbul edilmiş şəxslər nəzərdə tutulurlar. “Duldung”la (yəni Almaniyada yaşamaq hüququ rədd edilmiş, lakin ölkədən çıxarılmayan şəxslər) ölkədə yaşanılan müddət qanuni yaşamaq icazəsinə aid deyil.
Vacib şərtlərdən biri də budur ki, Almaniyada doğulmuş şəxs yuxarıdakı iki haldan heç olmasa birinə uyğundursa, yalnız 15-21 yaş aralığında Almaniyaya geri qayıtmaq üçün müraciət edə bilər. Bu müraciət Almaniyadan getdikdən maximum 5 il müddətində edilməlidir.


Elmira Bayramova

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Bold Italic Underline Strike | Align left Center Align right | Insert smilies Insert link URLInsert protected URL Select color | Add Hidden Text Insert Quote Convert selected text from selection to Cyrillic (Russian) alphabet Insert spoiler
Kodu daxil edin: *