Kateqoriya: Hadisə / Dünya

Yöteburqda boyqırım gününün 70 illiyi anıldı [FOTOLAR]

Yöteburqda boyqırım gününün 70 illiyi anıldı [FOTOLAR]

Batı Yötaland Azərbaycan Evi Birliyinin qərarı və “Babək” Azərbaycan Kurslar Dərnəyinin təşkilatçılığı ilə İsveçin Yöteburq şəhərində “Azərbaycan Türklərinin boyqırım günü – 26 Azər/17 Dekabr” mövzusunda konfrans keçirilib. Modernqezeti.com-un məlumatına görə, konfrans əlamətdar bir çağa – BMT-nin Dünya İnsan Haqları Bəyannaməsini qəbul etdiyi 10 dekabr gününə salınıb. Çünki 1946-cı il 12 dekabr – 21 Azər günü şah qoşunları insan haqlarını pozaraq təkcə Azərbaycan Milli Hökumətini ortadan qaldırıb minlərlə insanı öldürmədi, həm də beş gün sonra – 17 dekabrda ana dilimizdə olan kitabları, əlyazmaları, qəzet-dərgiləri yandırdı və buna əngəl olmaq istəyən öyrətmənləri, şagirdləri belə güllələdi.
Yöteburqdakı Angered Blo Stellet (Mavi ev) salonunda keçirilən toplantını “Babək” Azərbaycan Kurslar Dərnəyi adından Azər xanım Heydərqızı açdı. Azərbaycan Milli Hökuməti dövründəki milli marş səsləndirildikdən sonra kitabların yandırılmasını canlandıran qısa bir film göstərildi və daha sonra söz çıxışçılara verildi.
Toplantıda AMEA Folklor İnstitunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil, ərdəbilli tanınmış milli mübariz Əjdər Tağızadə, üskülü iqtisadçı alim Hüseyn Yəhyayi, AZOH-un Avropa təmsilçisi, sulduzlu Əmir Mərdani, “Babək” Azərbaycan Kurslar Dərnəyinin sədri Eldar Qaradağlı, Yöteburqdakı “Azərbaycan Demokratiya Ocağı”nın sədri Arif Rəhimoğlu çıxış etdi, İranda Azərbaycan Türklərinin insan və toplum haqlarının uluslararası hüquq sənədlərinə zidd olaraq yüz ildən bəri kobudluqla pozulmaqda olduğunu faktlarla göstərdi, bu məsələnin dünya ictimai rəyinə duyurulması zərurətini vurğuladılar.
Sonda konfrans iştirakçılarının qərarı ilə qətnamə qəbul edildi. Qətnaməyə görə, 26 Azər/17 Dekabr Azərbaycan Türklərinin boyqırım günü olaraq hər il qeyd edilməli, boyqırımı törədən Fars şovinizmi ifşa olunmalı, dünyada boyqırım gününə siyasi-hüquqi qiymət verilməli, 26 Azər/17 Dekabr gününün dünya üzrə boyqırım günü kimi qəbul edilməsi üçün YUNESKO-ya – BMT-yə müraciət olunmalıdır.


Yöteburqda boyqırım gününün 70 illiyi anıldı [FOTOLAR]
Yöteburqda boyqırım gününün 70 illiyi anıldı [FOTOLAR]
Yöteburqda boyqırım gününün 70 illiyi anıldı [FOTOLAR]





Elmira Bayramova

Oxşar xəbərlər

Fikirlər

Adınız:*
E-Mail:
Kodu daxil edin: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız