Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Dağıstanlı həmvətənlərimiz Aydın Abbasovdan ŞİKAYƏT etməyə hazırlaşır: Pulu belə çoxdursa...

Dağıstanlı həmvətənlərimiz Aydın Abbasovdan ŞİKAYƏT etməyə hazırlaşır: Pulu belə çoxdursa...

Tarix : 24-06-2017, 13:02 | Kateqoriya: Ekonomist / Manşet / video
(голосов:0)
 

Dağıstanda yaşayan həmvətənlərimiz keçmiş deputatın Dərbəddə yerləşən Nizami Gəncəvinin adını daşıyan parkda yaşayış kompleksi tikdirməsinə etiraz ediblər. AzEuroNews.com-un məlumatına görə, ziyalılar  Dağıstan prezidenti Ramazan Abdulatipov və Azərbaycanın birinci xanımı, ölkənin birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya müaricət etməyə qərara alıblar.
Onların sözlərinə görə, Dərbəddə yaşayan azərbaycanlılar xarabalığı xatırladan Nizami parkının təmir edilməsi üçün Dağıstan və Azərbaycan dövətinə rəsmi müraciət ediblər. Belə bir vaxtda keçmiş deputatın Nizami parkında VİP yaşayış binası tikdirmək istəməsi azərbaycanlılarla bərabər şəhərin yerli sakinlərinin də qəzəbinə səbəb olub.
 
"Aydın Abbasov özü gəncəlidir. Pulu belə çoxdursa niyə həmyerlisi Nizami Gəncəvinin adını daşıyan parkı təmir etdirmir? Görünür cənab Abbasovun biznes maraqları və tamahı bütün milli-mənəvi dəyərlərdən üstündür. Biz də ona görə qərara aldıq ki, Dağıstan prezidenti və Azərbaycanın birinci xanımı, ölkənin birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya müraciət edək. Çünki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Dağıstanda bir çox sosial yönümlü layihə gerçəkləşdirib. Biz ziyalılar olaraq inanırıq ki, müraciətimizə tezliklə müsbət cavab veriləcək və Nizami parkı əvvəlkindən də möhtəşəm görkəmə sahib olacaq" deyə adının açıqlanmasını istəməyən ziyalılardan biri bildirib.



Aydın Abbasov: ““Double VIP” göydələn tikdirəcəyəm”

Mövzu ilə bağlı "Modern.az"a danışan keçmiş deputat A.Abbasov Nizami parkının ərazisində yaşayış kompleksi tikdirəcəyini etiraf edib: "Tikib yaratmaq sünnətdir. Mən isə yaşayış kompleksi tikməmişəm. Amma Allah qismət edərsə, VİP yox, double (ikiqat) VİP tikdirəcəm. Qaldı ki, bu yazıya və onu yazana. Təbii ki, sözüm yoxdur...”.
Aydın Abbasov Dağıstan rəhbəri Ramazan Abdulatiovla dostluq əlaqələrinin olmasına dair suala belə cavab verib: "Mənim bir çox adamlarla dostluğum var. Amma hamısından yazmaq mümkün deyil.  Həmçinin, Dağıstan rəhbəri Ramazan Abdulatipov da ailəmin dostudur. Ən əsası Azərbaycanın dostudur. Bir müddət bundan əvvəl Ramazan Abdulatipov Azərbaycanın "Dostluq” ordeni ilə təltif olunub”.

“RİA Dagestan” xəbər agentliyi: "...bu olanların əsas səbəbi bəlli oldu"

“RİA Dagestan” xəbər agentliyinin mövzu ilə bağlı yaydığı xəbərdə isə deyilir ki, tikinti işləri bir neçə ay əvvəl başlayıb. Apreldə binanın cəmi 3 mərtəbəsi tikilmişdisə, iyunun 20-nə olan məlumata görə, binanın artıq 7-ci mərtəbəsi tamamlanıb: “Bəzi məlumatlara görə, bu layihə bir qrup sahibkar tərəfindən həyata keçirilir ki, onların arasında Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dostu olan Abbas Abbasovun oğlu da var. Habelə, fəhlələr arasında dolaşan şayiələrə görə, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin rəhbərinin də bu tikintiyə aidiyyəti var. Görünür, inşaatçıların saymazyana hərəkətinin də səbəbi buradan qaynaqlanır, onlar KİV-lərdə tikintinin qanunsuz olması barədə yazılanlara əhəmiyyət vermirlər".

Abbas Abbasovun oğlu Aydın Abbasov keçmiş deputatdır, bir vaxtlar Azərbaycanda da biznes aktivləri mövcud idi. Rusiya saytı yazır ki, tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilir. Dərbənddəki həmyerlilərimiz isə bildirirlər ki, xəbərin bu hissəsi doğru deyil. Hotelin tikinti işləri parkın kənarındakı sahədə aparılır. Xəbəri bu şəkildə yayanların özəl məqsədləri var.
Nizami parkında əsaslı tikinti qadağandır. Xüsusən də parkın ərazisində 2015-ci ildə XVI əsrə aid qəbiristanlıq aşkar edilib. Lakin park baxımsızlıqdan xarabalığa və zibilliyə çevrilib.



 








Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: