Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Cahangir Əsgərovun şirkətindən ev alanlar ŞİKAYƏTçidirlər-MÜRACİƏT

Cahangir Əsgərovun şirkətindən ev alanlar ŞİKAYƏTçidirlər-MÜRACİƏT

Tarix : 31-05-2017, 16:31 | Kateqoriya: Ekonomist / Manşet
(голосов:0)
 

AAAF Park yaşayış mərkəzinin A və B komplekslərinin sakinləri AAAF-İnşaat MMC-nin direktoru Ruslan Xanverdiyevə açıq məktub ünvanlayıb. Musavatxeber.com sakinlərin tələb və təkliflərdən ibarət olan məktubunu olduğunu təqdim edir:
"AAAF Park yaşayış massivinin A və B komplekslərinin sakinləri olaraq ümumi müzakirələr apararaq AAAF-İnşaatın yarımçıq qalan və götürmüş olduğu öhdəlikləri tam yerinə yetirməməsi və bunun nəticəsində ortaya çıxan problemlər, onların aradan qaldırılması, SXD-nin sakinlərə göstərdiyi kommunal xidmətlər və onun qarşılığında sakinlər tərəfindən ödənilməli olan pul ödənişləri barədə yekun tələb və təkliflər hazırlayaraq sizə ünvanlayırıq. Xahiş və tələb edirik ki, bizimlə bağlanan müqavilələrin digər tərəfi olaraq bizdən öhdəliklərimizi yerinə yetirməyimizi necə tələb edisinizsə, öz öhdəliklərinizi də eləcə məsuliyyətlə yerinə yetirəsiniz.
Beləki, İnşaatın binalarda yarımçıq qalan işləri ona dəlalət edir ki, inşaat tikinti işlərini tamamlamamışdır. Çünki, binanın tikilməsi dedikdə, binanın əsas və ara divarlarının tikilməsi, hər bir mərtəbənin arakəsmə beton təbəqəsinin tikinti-texniki şərtlərinə uyğun şəkildə qurulması (tavan və döşəmə kimi nəzərədə tutulan arakəsmə beton-monolit təbəqə), standarta cavab verən qapı-pəncərələrin qoyulması, blokların təmiri, dam örtüyünün əsaslı şəkildə qurulması, damlardan yağış sularının axıdılması üçün boru sistemlərinin normal şəkildə qurulması, bloklarda həyətlərdə işıqlandırma və abadlıq işlərinin görülməsi, elektrik şitlərinin təhlükəsiz və standartlara uyğun şəkildə qurulması, binanın fasadının normal şəkildə (nəm keçirməyən) təmiri, su, elektrik və qazla təmin edilmə, liftin quraşdırılması da daxil və s. kompleks şəkildə işlərin görülməsini özündə ehtiva edir. Yuxarıda sadalanan öhdəliklər isə, ya tamamilə yerinə yetirilməyib ya da ki, lazımi şəkildə yerinə yetirilməmişdir.
Yaşadığımız komplekslərdə qazlaşdırmanın aparılmaması və bu istiqamətdə heç bir işin görülməməsi bizi narahat edir və bunu müqavilə öhdəliklərinizin yerinə yetirilməməsi kimi qiymətləndiririk. Bu da onu göstərir ki, inşaat işlərini tamamlamamış və alıcı qarşısında götürmüş olduğu ödəlikləri tam yerinə yetirməmişdir, amma buna baxmayaraq evin dəyərinin tam şəkildə geciktirilmədən ödənilməsini tələb edir.
Yuxarıda göstərilənlərin və burada göstərilməyən bir çox öhdəliklərinizin ən qısa zamanda yerinə yetirilərək aradan qaldırılmasını təklif və tələb edirik, əks təqdirdə qarşılıqlı öhdəliklərimizin yerinə yetirilməsində sizinlə həmrəylik göstərməli olacağıq.


SXD ilə əlaqədar təkliflərimiz:


Başa düşür və qəbul edirik ki, xidmət qarşılığında müəyyən ödəniş həyata keçirilməlidir amma təbii ki, burada da SXD və sakinlər müqavilənin iki bərabərhüquqlu tərəfi hesab olunurlar.
İlk öncə təklif edirik ki, sakinlərlə kommunal xidmətlərlə bağlı xidmət müqavilələri bağlanılsın. Həmin müqavilədə SXD tərəfindən hansi ximətlərin göstəriləcəyi və onun qarşılığında sakinin ödəyəcəyi aylıq xidmət haqqının məbləği və digər müqavilə şərtləri öz əksini tapsın. Haşiyədən kənara çıxaraq bildirirk ki, AAAF-İnşaat MMC olaraq sakinlərə müxtəlif bəhanələrlə qarışıq şərtləri özündə ehtiva edən "Protokol” imzaladırsınız, hansı ki, orada kommunal xidmətlərlə bağlı bir bənd də öz əksini tapmışdır və biz bildiririk ki, nəqədər pərdələməyə çalışsanız da əslində hüquqi forması belə düzgün seçilməyən həmin sənədin alqı-satqı müqavilələrində olmayan mənzillərdə istifadəsi mümkün olmayan və ümumi kvadrata daxil edilən sahələrlə (divar, qapı-pəncərə, şaxta və.s) bağlı məsələyə hüquqi don geyindirməyə hesablanmış addım olduğunu bilirik. Odur ki, belə lazımsız addımlardansa, normal xidmət müqavilələrinin və mənzillərin sakinlərə təhvil-təslimi barədə akt tərtib edilməsi hər iki tərəf baxımından daha məqsədə müvafiqdir.
Kommunallarla əlaqədar bildiririk ki, xidmət haqqının kvadrata görə hesablanması qəbul edilməzdir. Beləki, kommunal xidmətlərlə evin kvadratı arasında hər hansı bir bağlantı qurmaq sadəcə absurd bir metoddur. Kommunal xidmətlər heçkəsin mənzilinin içində deyil, blok, zirzəmi və həyətlərdə (damları deyə bilmərik, çünki mənzil sahiblərinin ümumi mülkiyyət yeri hesab olunan damlar mənzil olaraq müxtəlif şəxslərə satılıb), yəni mənzil xaricində aparılır. Heçkəsə sirr deyil ki, bizə satılan mənzillərin kvadratları müqavilədə göstərildiyindən 7-18 m2 azdır və həmin kvadratlar ana və ara divarlar, şaxta boşluqlarının və s. tutduğu yerlərə də hesablanmışdır. Halbuki, bu şəkildə hesablanma qanunvericiliyə tam ziddiyyət təşkil edir. Heç şübhəsiz ki, gələcəkdə DƏDRX tərəfindən bizə (mənzil sahiblərinə) veriləcək mənzilin mülkiyyəti haqqında çıxarışlarda mənzillərin sahəsi alqı-satqı müqavilələrində yazılandan 7-18 m2 (mənzilin ümumi sahəsinin böyük və ya kiçik olmasından asılı olaraq dəyişir) daha az sahəsi olması öz əksini tapacaq. İstifadəsi mümkünsüz olan və mənzilin ərazisi kimi hesablanan sahələrə görə alqı-satqı müqaviləsinə əsasən ödəniş tələb edilib alınmasının qanunsuz bir hərəkət olmasına baxmayaraq ikinci dəfə və bu dəfə davamlı (təkrar) şəkildə həmin sahələrə görə kommunal xidmət haqqının tələb edilməsi tamamilə qanunsuzdur və bu şəkildə bir aldadılmanı qəbul etmirik.
Hesab edirik ki, kommunal xidmətlərə görə tələb edilən ödənişlər, evdə (mənzildə) yaşayan sakin sayına görə tələb edilməlidir. Beləki, SXD AAAF Park yaşayış massivində aşağı-yuxarı Mənzil İstismar Sahələrinin gördüyü işi görməkdədir. MİS-nin gördüyü işin qarşılığında mənzil sahiblərindən yığdığı ödəniş mənzil sakinlərinin sayına görə hesablanır. Məsələn: AR Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli, 05 saylı Qərarı Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsini özündə ehtiva edir. Bu da onu göstərir ki, əhali üçün dövlət bu növ xidmətlərin qarşılığının nəfər sayına görə hesablanmasını doğru hesab edir.
Beləki, məsələn 50 m2-lik bir mənzildə yaşayan 4 nəfərlə, 90 m2-lik bir mənzildə yaşayan 1 nəfərin kommunal xidmətlərdən istifadəsi qarşlığında ödəyəcəyi xidmət haqqı ədalət baxımından 4 nəfərlik bir ailənin ödəyəcəyi tək yaşayan bir şəxsin ödəyəcəyindən daha çox olmalıdır. Çünki, 4 nəfərlik ailə bu xidmətlərdən daha çox istifadə edir. Hazırkı vəziyyətə görə isə 90 m2-lik mənzili olan tək yaşamasına baxmayaraq mənzil sahəsi böyük olduğu üçün daha çox ödəməlidir. Bu tələb hansı məntiqə sığır?
Bildiririk ki, SXD-nin göstərəcəyi xidmət qarşılığında ödəniş etməyimiz iki bərabər hüquqlu müqavilə tərəflərinin qarşılıqlı öhdəliklərindən irəli gəlir və kimsə hər hansı bir şəxslər müqavilə bağlamağa məcbur edilə bilməz. Müqavilə tərəfləri öz müstəqil istəkləri əsasında hansısa bir şəxslə müqavilə bağlaya bilərlər. Bununla yanaşı bildiririk ki, biz qarşılıqlı razılığın olmadığı bir şəraitdə Mənzil qanunvericiliyinə əsasən bu xidmətləri özümüzün özümüzə göstərə biləcəyimiz bir cəmiyyətin – Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) qurulması haqqını özümüzdə saxlayır və xidmətlərinizlə onların qarşılığında sizə ödəyəcəyimiz xidmət haqqının məbləği və ya hesablanma metodu bizi qane etməyəcəyi təqdirdə belə bir hüquqdan istifadə etməli olacağımızı diqqətinizə çatdırırıq.
Təklif edirik ki, blok və həyətlərin təmizlənməsi və işıqlandırılması, 24 saat təzyiqli su verilməsi (su motorlarını nəzərdə tuturuq), həyətyanı sahələrin yaşıllaşdırılması və qulluq, blokların, dam örtüklərinin, yağış sularının axıdılması üçün nəzərdə tutulan sistemlərin, blokları və binaların fasadının cari təmiri, təhlükəsizlik sisteminin (blok qapılarına kilidlər, mühafizəçi və təhlükəsizlik kameraları) təmin edilməsi, bloklarda yanğın söndürmə balonları, liftlərin cari təmiri və elektrik israfı, dezinfeksiya işlərinin aparılması, məişət tullantılarının (zibillərin) daşınması və s. qarşılığında razılaşdıracağımız bir məbləğ əsasında nəfər sayına görə hesablanmaq şərtilə tərəflər arasında müqavilə bağlanılsın.
Bildirik ki, normal xidmətlərin verilməsi və qarşılığında normal ödənişlərin edilməsi üçün mütləq şəkildə yuxarıda göstərdiyimiz inşaatın yarımçıq qalan işləri tamamlanmalıdır. Əks təqdirdə sakinlər olaraq bütün hüquqi prosedur qaydalarından istifadə edəcəyimizi və toplu şəkildə haqsızlıqlara qarşı mübarizə aparacağımızı (məhkəməyə müraciət, müxtəlif dövlət orqanlarına yazılı şikayətlər və bütün bunların KİV-də işiqlandırılması) bir daha şiddətlə diqqətinizə ərz edirik.
Ümidvarıq ki, edilən yanlış hərəkətlərdən bir qurum olaraq çəkinəcək, müştəriləriniz olan bizə haqqımız olanı vaxtında verəcəksiniz.
Əlavə olaraq diqqətinizə çatdırırıq ki, 1 həftə ərzində hər hansı bir hərəkət olmayacağı təqdirdə, bu müraciət bir-sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə açıq şəkildə yayımlanaraq bir daha diqqətinizə çatdırılacaq. Növbəti addım isə, hüquqi mübarizədən ibarət olacaq".

Məlumat üçün qeyd edək ki, AAAF İnşaat AZAL prezidenti Cahangir Əsgərova və Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan Cahangir Hacıyevə bağlılığı var. MMC adındakı AAAF abreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir.
Şirkətin Cahangir Hacıyevə bağlılığı isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə "Bakı Quşçuluq" ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. C.Hacıyevə "AAAF inşaat" MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: