Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Vahid Mustafayevin şirkəti vətəndaşa SAXTA SAAT satıb: ŞİKAYƏT

Vahid Mustafayevin şirkəti vətəndaşa SAXTA SAAT satıb: ŞİKAYƏT

Tarix : 25-05-2017, 12:01 | Kateqoriya: Ekonomist / Manşet
(голосов:0)

 

"SAATLARIN MÜŞAHIDƏEDICI SƏNƏDLƏRINƏ BAXDIQDA TƏRKIBINDƏ QIYMƏTLI METAL OLMADIĞINI DA GÖRDÜM"

"VMF" saat satışı şirkətindən şikayətlər davam edir. AzEuroNews.com-un məlumatına görə, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, "VMF"dən gələn şikayətləri danışıq yolu ilə həll edə bilməyib: "Çox təəsüflər olsun ki, istehlakçı hüquqlarını əksər hallarda danışıqlar yolu ilə təmənnasız qoruyan "Azad İstehlakçılar" İctimai Birliyi illər ərzində bir dəfə də olsun "VMF" dən gələn şikayətləri danışıq yolu ilə həll edə bilməyib. "VMF"dən gələn sonuncu şikayəti nəzərinizə çatdıraraq bildirik ki, bu halda da istehlakçının hüququnu danışıq yolu ilə həll edə bilmədik".


"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov

Eyyub Hüseynovun sözlərinə görə, artıq daha bir  vətəndaşın şikayət ərizəsi İqtisadiyyat Nazirliyinə göndərilib. Şikayətin məzmununu nəzərinizə çatdırırıq:


17268029_770799616407336_429455661122715648_n
"17.05.2017 il tarixində saat 21:00 da Səbail rayonu Neftçilər PR. Milli Parkda yerləşən Park Bulvar ticarət mərkəzində "VMF" şirkətinə aid maqazindən 2  ədəd "CERTİNA" firması adında saat almışam. Hər 2 saatın dəyəri 1601 manat 60qəpik təşkil edir. Saatları evə apardıqdan sonra diqqətlə baxdıqda saatların dizaynı və ölçüsü xoşuma gəlmədi , geyindiyim paltarlara uyğun olmadı. Saatların müşahidəedici sənədlərinə baxdıqda tərkibində qiymətli metal olmadığını da gördüm. Saatları dəyişmək istəsəm də qeyd olunan dükanda mənim tələbimə uyğun saatın olmadığını gördüm. 18.05.2017 tarixdə dükana gedib saatı geri qaytarmaq üçün satıcıya müraciət etdim. Satıcı qaytarmaqdan imtina etdi və qeyd etdi ki , bu məsələni servis direktoru Pərvanə xanım həll edə bilər. Həmin gün Pərvanə xanımla əlaqə saxladım. O dedi ki, müdriyyətlə danışıb saatın qaytarılmasının həllinə çalışacaq. 19.05.2017 tarixdə yenidən Pərvanə xanımla əlaqə saxladıqda o, saatın qaytarılmasının mümkünsüz olduğunu bildirdi. Mən müvafiq yerlərə şikayət edəcəyimi bildirsəm də, o mənim haqqlı tələbimə məhəl qoymadı".


1495623150_103158_src


Məlumat üçün bildirək ki, "VMF" qapadılan "ANS" şirkətlər qurupunun prezidenti Vahid Mustafayevindir. 


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: