Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Hacıbala Abutalıbov  xarici banka 10 milyon manata yaxın ziyan vurub

Hacıbala Abutalıbov  xarici banka 10 milyon manata yaxın ziyan vurub

Tarix : 17-05-2017, 11:20 | Kateqoriya: Ekonomist / Manşet
(голосов:0)
 

Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbov  tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran Baku"ya (İran Milli Bankının Bakı filialı) məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülüb. Modernqezeti.com  "APA-Economics"a istinadən xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər: "Buna baxmayaraq, bankın rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib.

Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 mln. 400 min manat təşkil edib. Bina ilkin olaraq bankdan alınmış depozitlər üçün "Royal Bank" tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib".

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: