Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycan kürd şirkətlərinin ixracatında ön sırada qərarlaşdı-FOTO

Azərbaycan kürd şirkətlərinin ixracatında ön sırada qərarlaşdı-FOTO

Tarix : 15-04-2017, 11:02 | Kateqoriya: Ekonomist / Manşet
(голосов:0)
 
Azərbaycan Türkiyədəki kürd şirkətlərinin ixracatında ön sıralardadır. AzEuroNews.com-un  Avropa Bürosunun məlumatına görə, bu barədə  Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə hökumətinin terrorla mübarizəsi Anadoluda yerəşən şirkətlərin ixracatını daha da artırıb. Eyni zamanda əksəriyyətinə Türkiyə vətəndaşı olan kürdlərin rəhbərlik etdiyi bu şirkətlərə dövlət tərəfindən nəzarətçi (kayyum) təyin olunandan sonra, ixracat rekord həddə çatıb.
Hesabatda deyilir ki, həmin şirkətlərin ixracatında ilk yerdə İraq qərarlaşıb. Ardınca İran, Türkmənistan və Azərbaycan gəlir. İxracatın 370 milyon dollarlıq qismini sənayə məhsulları təşkil edir.
Şərq Anadolu İxracatçılar Birliyinin (DAİB) idarə heyətinin üzvü  Camal Şengelin verdiyi açıqlamaya görə, ilin ilk 3 ayında sərgilədikləri ixracat performansı sevindiricidir: " 17 şəhərimizdə DAİB üzvü olan firmalar ilin ilk 3 ayında 440 milyon 136 min 916 dollarlıq ixracat reallaşdırıb. İxracatımızda ümumi olaraq bir əvvəlki ilin eyni dövrünə görə 30 faiz artım yaşanıb".

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: