Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Türkiyədə baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə, yaralıların sayı 27-ə çatıb [VİDEO]

Türkiyədə baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə, yaralıların sayı 27-ə çatıb [VİDEO]

Tarix : 9-10-2016, 12:24 | Kateqoriya: Dünya
(голосов:0)
Türkiyədə baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə, yaralıların sayı 27-ə çatıb [VİDEO]




Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 8 əsgər şəhid olub.

Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir.

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda yaralananlardan 5-nin hərbçi olduğu bildirilir.

Partlayışdan sonra ərazidə 5 metr dərinliyində və 10 metr enində böyük çuxur yaranıb.

Hadisədən dərhal sonra qəsəbədə havadan dəstək verilən geniş miqyaslı antiterror əməliyyatı başlayıb.

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar Şəmdinli və Yüksəkova dövlət xəstəxanalarına aparılıblar.

****
15:09

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Hakkari valisi məlumat yayıb.
Hakkari valisi Şəmdinlidə terror hücumu zamanı 9 hərbçinin şəhid olduğunu, 8 mülki şəxsin həyatını itirdiyini bildirib.

O, qeyd edib ki, 27 yaralı hərbçi helikopterlərlə hospitallara yerləşdirilib.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna bomba ilə yüklənmiş avtomobillə hücum edilib..


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: