Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycan pasportu - 103 ən güclü arasında 62-ci

Azərbaycan pasportu - 103 ən güclü arasında 62-ci

Опубликовано : 6-10-2016, 13:25 | Категория: Dünya
(голосов:0)
Azərbaycan pasportu - 103 ən güclü arasında 62-ci

Maliyyə məsləhət şirkəti Arton Capital-ın vizasız səyahət edilən ölkələr və insani inkişaf səviyyəsini əsas götürərək hazırladığı siyahıda Azərbaycan pasportu dünyada 62-ci ən güclü sənəd hesab olunur.

Onun Qafqaz qonşularından Ermənistanın pasportu 60-cı, Gürcüstanın sənədi isə 68-cidir.

Qlobal siyahıda Azərbaycan, pasportu vizasız hərəkət etməyə imkan verən 103 ölkə sırasında 62-cidir.

Sərhəddə verilən vizaya görə qurulmuş fərdi siyahıda isə Azərbaycan pasportu ümumilikdə 125-ci yerdədir. Bu pasportla 27 ölkəyə vizasız getmək olur, 35 ölkəyə getmək üçünsə sərhəddə viza istənilir.

14 ölkə pasportuna viza istəməyən Azərbaycan ən çox sayda ölkəyə viza tələb etməyən ölkələr sırasında 88-cidir. Ölkə bu siyahıda Konqo ilə eyni dərəcəni əldə edib.

Digər Qafqaz ölkələrindən Ermənistan eyni siyahıda 133 ölkə pasportundan viza istəmədiyindən 26-cıdır. Gürcüstan isə 42 ölkədən viza istəmir və beləliklə, 92-ci yerdədir.

Türkiyə pasportu isə dünyada 41-ci ən güclü sənəd hesab olunur. Sərhəddə verilən vizaya görə qurulmuş fərdi siyahıda Türkiyə pasportu ümumilikdə 86-cı yerdədir. Bu pasportla 69 ölkəyə vizasız getmək olur, 34 ölkəyə getmək üçünsə sərhəddə viza istənilir.

166 ölkə pasportuna viza istəməyən Türkiyə ən çox sayda ölkəyə viza tələb etməyən ölkələr sırasında 19-cudur.

İlk sıralarda isə Almaniya, İsveç və Finlandiya var. 199 ölkəni və bölgəni əhatə edən qlobal siyasıya 158 ölkəyə vizasız səyahət haqqı verən Almaniya və İsveç pasportları başçılıq edir.

Sonrakı ölkələr isə Finlandiya, Fransa, İsveçrə, İspaniya və İngiltərədir.

Bu sıyahıda ən aşağı yerləri isə Əfqanıstan və Pakistan, İraq, Somali, Suriya, Sudan, Efiopiya və Cənubi Sudan tutur.

Пожожие новости
Комментарии

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: