Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Almaniyada  son 7 ayda 12.545 nəfər deportasiya olunub-İNFOQRAFİKA

Almaniyada  son 7 ayda 12.545 nəfər deportasiya olunub-İNFOQRAFİKA

Tarix : 2-08-2017, 00:25 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 

"Könüllü qayıdış proqramından ən çox yararlanan Azərbaycan kimi keçmiş Sovet İttifaqı ölkələrinin vətəndaşları olub"
 
 Almaniyada 2017-ci ilin yanvar ayından iyul ayına kimi 12.545 nəfər deportasiya olunub. Avropost.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, bu rəqəm keçən illə müqayisədə 9 faizlik bir azalmaya məruz qalıb. Belə ki, 2016-ci ildə 13.743 nəfərin Almaniyadan sığınacaq tələbi rədd edilib və onlar ölkədən deportasiya olunub. Deportasiya olunanların içində birinciliyi say çoxluğuna görə Əfqanıstan vətəndaşları tutub. Məlumatda qeyd olunur ki, onlar həm də, miqrasiya idarəsi işçilərininə və polisə güc tətbiq edərək ölkədən çıxmamaq üçün müxtəlif yollara əl atsalar da, bunun heç bir faydası olmayıb.
Berlində baş verən sonuncu terrordan sonra Əfqanıstana gedən xüsusi təyyarədə 39 cinayətkar və 32 sığınacaq tələbi rədd edilən miqrant olub. Onları paytaxt Kabilə gedən təyyarədə alman polisi müşayiət edib.

 


Əfqan qaçqınların ölkədən deportasiyası Kabildəki Almaniya səfirliyini önündə baş verən terror hadisəsindən sonra dayandırılıb. Ancaq buna baxmayaraq hazırda miqrasiya ilə bağlı olan bütün idarələrdə bu istiqamətdə iş aparılır və əfqanların ölkədən çıxarılması üçün təklif olunan yollar müzakirə olunur.
Ümumilikdə isə, bu ilin 7 ayı ərzində ən çox  miqrant Şimali Reyn-Vestfaliya əyalətindən deportasiya olunub- 3168 nəfər. İkinci yerdə 1888 nəfərlə  Baden-Wuerttemberg əyaləti, üçüncü yerdə isə, 1596 nəfərlə Bavariya əyaləti qərarlaşıb.  

 


Bu ilin 7 ayı ərzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)  həyata keçirdiyi könüllü qayıdış proqramından xeyli sayda miqrant yararlanıb.
"Hazırda onların ölkələr üzrə dəqiq statistikası aparılır. Ancaq hələlik deyə bilərik ki, könüllü qayıdış proqramından ən çox yararlanan Azərbaycan kimi keçmiş Sovet İttifaqı ölkələrinin vətəndaşları olub"  deyə nəşrin yazdığı məlumatda qeyd olunub.
 

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: