Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Avropa ölkələri mühacirlərə 5 il yaşamaq icazəsi verəcək

Avropa ölkələri mühacirlərə 5 il yaşamaq icazəsi verəcək

Tarix : 17-06-2017, 09:36 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 

Avropa Parlamentinin Baş Assambleyasında sığınacaq istəyi qəbul edilən şəxlərlə bağlı qanunun müzakirəsi aparılıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, müzakirələrinin sonunda Avropa ölkələrinə sığınan şəxslərin Şengen dövlətlərində qalma müddəti 3 ildən 5 ilə qaldırılıb.
Qanunda nəzərdə tutulub ki, ilkin 5 il müddəti bitdikdən sonra  müddət yenidən artırıla biləcək.
Yeni qanun layihəsi Avropa Parlamentinin Baş Assambleyasında Sosial Demokratlar qrupunun sloveniyalı üzvü Tanja Fajon tərəfindən hazırlanıb.
Yeni qanunun qəbulu ilə miqrantların müraciəti bütün ölkələrdə eyni şərtlər altında dəyərləndiriləcək. Eyni zamanda  nəzərdə tutulub ki, sığınacaq statusu qəbul edilən şəxslərin ölkələrində vəziyyət düzəldiyi təqdirdə işinə yenidən baxılıb onların geri qaytarılması proseduru ləğv olunsun. Geri qaytarılma proseduru o zaman mümkün ola bilər ki, Avropa ölkələrinə sığınan biri ölkəsində ağır cinayət işləsin.
Yeni qanun sığınacaq tələbi qəbul edilən uşaqlara da böyük avantajlar verir. Onlar Avropa ölkələrində uşaqlarla eyni hüquqa malik olacaqlar.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: