Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Avropanın bu dövlətləri qaçqınları qəbul etməyə məcbur ediləcək

Avropanın bu dövlətləri qaçqınları qəbul etməyə məcbur ediləcək

Tarix : 16-06-2017, 13:53 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 

Macarıstan, Polşa və Çexiyanı qaçqınları qəbul etməyə məcbur ediləcək. Bu barədə məlumat AzEuroNews.com-un Avropa Bürosuna Almaniyada fəaliyyət göstərən "Legat" hüquq firmasından daxil olub. Məlumatda deyilir ki, Avropa Komissiyası Polşa, Macarıstan və Çexiyada razılaşma əsasında müəyyən edilmiş kvotaya uyğun sayda qaçqınları qəbul etmədiyinə görə, həmin ölkələrdə araşdırma aparmağa başlayıb. 2015-ci ilin sentyabr ayında Avropa İttifaqına üzv ölkələr İtaliya və Yunanıstanın qaçqın düşərgələrində məskunlaşmış 160.000 qaçqının müəyyən hissəsini qəbul etmək haqqında razılığa gəlmişdilər. Buna baxmayaraq, Polşa , Macarıstan və Avstriya həmin qaçqınlardan bir nəfəri də qəbul etmədi. Çexiya isə cəmi 12 nəfəri qəbul etməklə kifayətləndi.
Lakin, son vaxtlar Avstriya qaçqınların qəbuluna başlayıb və ona görə də Avstriya istisna olmaqla yerdə qalan ölkələr (Polşa, Macarıstan və Çexiyada) haqqında araşdırma aparılmağa qərar verilib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: