Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Gündəlik 1.5 milyon insan pulsuz qida ilə necə təmin edilir?: Almaniyanın "Tafel" nümunəsi-VİDEO

Gündəlik 1.5 milyon insan pulsuz qida ilə necə təmin edilir?: Almaniyanın "Tafel" nümunəsi-VİDEO

Tarix : 9-06-2017, 11:14 | Kateqoriya: Dünya / Manşet / video
(голосов:0)
 
Almaniyada hər gün minlərlə ton ərzaq məhsulları, meyvə və tərəvəz zibilə atılır. AzEuroNews.com-un məlumatına görə, Almaniya hökuməti bu israfçılığın qarşısını almaq üçün artıq uzun illərdir "Tafel" deyilən bir proqramı həyata keçirir. Məqsəd imkanı yetərincə olmayan insanları yemək və qida ilə təmin etməkdir.
Almaniya daxilində bir çox yerdə olan "Tafel" ilk olaraq 1993-ci ildə Berlində qurulub. Şəhərin kənarlarında qurulan "Tafel"lər yoxsullara pulsuz qida məhsulları paylayıb.
Artıq yüzlərlə böyük market və restoranlar "Tafel"lərə yardım edir. Almaniyanın bir çox yerindəki marketlərdə "Tafel" səbətlərinə rast gəlmək mümkündür.
Alış-veriş edənlər yoxsulları da düşünərək səbətə qida məhsullarından atırlar. Daha sonra səbətlərdəki məhsullar yığılaraq "Tefel" mərkəzlərinə verilir. Ehtiyacı olanlar bura gələrək qida məhsullarını əldə edirlər. İstifadə müddətinin bitməsinə az qaılmış məhsullar pulsuz olaraq verilir. Digərləri isə, simvoliq bir qiymətə satılır. Məsələn, ehtiyacı olan hər bir şəxs "Tafel"lərdən 5-10 avroya yaxşı bir bazarlıq edə bilir.
Rəsmi rəqəmlərə görə, hazırda Almaniyada 900-dən çox "Tafel" mərkəzi var. Onlar ölkə daxilində hər 1.5 milyon insana qida dəstəyi verir. Ümumi olaraq 60 min könüllü işçisi ilə gündəlik təxminən 200 min ton qidanı qoruyub ehtiyacı olan insanlara paylayır.







Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: