Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Alman vəkil azərbaycanlıları necə aldadır?-ŞİKAYƏT

Alman vəkil azərbaycanlıları necə aldadır?-ŞİKAYƏT

Tarix : 4-06-2017, 09:41 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)

 


Almaniyadan sığınacaq istəyən azərbaycanlı ailələrdən biri redaksiyamıza şikayət məktubu ünvanlayıb. Kimlik bilgilərinin gizli qalmasını istəyən ailə AzEuroNews.com-un Avropa Bürosuna ünvanladığı məktubda deyir ki, bir müddət əvvəl alman vəkil Gerhard Bauer ilə miqrasiya məsələləri üçün müqavilə imzalayıblar: "O, müqavilə üçün 300 Avro pul istədi, verdik. Daha sonra bildirdi ki, sizin işinizi oturum icazəsini alana kimi mən aparacam və aylıq mənə 100 Avro verəcəksiniz. Biz də razılaşdıq. Uşağım xəstədir, Azərbaycanın Səhiyyə Nazirliyindən də kağızımız var ki, uşağın öz ölkəmizdə müalicəsi yoxdur. Məcbur olub Almaniyaya gəldik ki, uşaq burda müalicə olunsun. Almaniyada ən ağır kampları keçmişik. Bu müddət ərzində uşaq bir neçə klinikada müalicə alıb. Sonuncu dəfə isə, uşaq xəstəxanada yatıb və intensiz müalicə alıb. Hər dəfə həkimdən müalicə ilə bağlı arayışları alıb, vəkilim Bauerə göndərmişəm ki, özünün dediyi kimi, mənim miqrasiya ilə bağlı işimə görə, onları Alman Miqrasiya İdarəsinə təqdim etsin".


Məktubun davamında şikayətçi ailə qeyd edir ki, bir neçə gün öncə Çexiya vizası ilə Almaniyaya gəldikləri üçün onlara "Dublin protokolu"na əsasən işlərinin burada dayandırılıb, özüləri ilə birgə Çexiyaya göndəriləcəkləri ilə bağlı bildiriş gəlib: "Almaniya Miqrasiya İdarəsi bütün sənədlərimizi bizə geri yollayaraq qeyd edib ki, siz Çexiyaya göndəriləcəksiniz. Həmin sənədlərin içində mənim hər ay vəkilə verdiyim uşağın xəstəliyi və intensiz müalicə alması ilə bağlı arayışlardan heç biri yoxdur. Belə çıxır ki, Bauer onların heç birini alman miqrasiya idarəsinə təqdim etməyib. Çünki miqrasiya idarəsi də bilir ki, uşağım ağır xəstədir, nəinki təyyarəyə minmək heç 10 metr yolu sərbəst gedə bilmir".


Şikayətçi ailə daha sonra yazır: "Bauerlə müqavilə bağlayan zaman o məni əmin etdi ki, sənin miqrasiya ilə bağlı bütün problemlərinə cavabdehəm. "Dublin"lə bağlı sənədləri götürüb vəkilimin yanına getdim ki, qərardan məhkəməyə şikayət etsin. Ancaq gözləmədiyim münasibətlə qarşılaşdım. Hər ay pul ödədiyim vəkil işi öz boynuna götürməkdən imtina etdi. Belə başa düşdüm ki, mən  hər ay uşaqlarımın boğazından kəsib aldığım yardımı vəkilə boşuna vermişəm".

Gerhard Bauer
Gerhard Bauer

Şikayət məktubunda vurğulanır ki, vəkil Gerhard Bauer tərəfindən aldadılan yeganə ailə onlar deyil: "Bizimlə bir yataqxanada qalan bir neçə azərbaycanlı ailə var ki, onlarla da müqavilə bağlayıb ancaq, sonradan yaranan problemlər zamanı yaxasını kənara çəkib".

Məlumat üçün bildirək ki, hüquq məsləhətxanası Almaniyanın Lichtenau şəhərində yerləşən Gerhard Bauer bu ölkənin tanınmış vəkillərindən sayılır. O, əsasən Azərbaycan, Ermənistan və Gürcüstandan gələn miqrantların işini götürür.

AzEuroNews.com-un Avropa Bürosu olaraq vəkil Gerhard Bauer haqqında bəzi önəmli məlumatları əldə etmişik.


3

25

Belə ki, o hazırda Sosial Demokrat Partiyasının (SPD) Lichtenau şəhər təşkilatında təmsil olunur.  Bu partiya CDU və AfD kimi qaçqın və müsəlmanlara qarşı ən sərt mövqe sərgiləyən partiya kimi tanınır. Hətta bu partiya funksionerləri may ayında baş tutan seçki öncəsi alman xalqına vəd verdilər ki, bütün qaçqınları ölkədən çıxaracaqlar.







Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: