Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Yöteburqda azərbaycanlıların "Cumhuriyyət kuboku" uğrunda futbol yarışı keçirilib-FOTOLAR

Yöteburqda azərbaycanlıların "Cumhuriyyət kuboku" uğrunda futbol yarışı keçirilib-FOTOLAR

Tarix : 29-05-2017, 13:36 | Kateqoriya: Dünya / İdman / Manşet
(голосов:0)

 
Yöteburqda azərbaycanlıların "Cumhuriyyət kuboku" uğrunda futbol yarışı keçirilib. Modernqezeti.com-un Avropa Bürosunun məlumatına görə, İsveçin Yöteburq şəhərində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş mini futbol yarışı çox uğurlu bir idman fəaliyyətinin başlanğıcı olub. Azərbaycan Kültür və İdman dərnəyinin (Yöteburq) yüksək səviyyədə təşkil etdiyi bu yarışa Yöteburq (Göteborg), Linşöpinq (Linköping) və Stokholmdakı azərbaycanlı gənclərin yaratdığı “Urmu”, “Bozqurd”, “Qafqaz” və “Azərbaycan” komandaları qatılıb. Bütövlükdə on oyun keçirilib. Azər Kazımlının ümumi rəhbərliyi və Anar Davudovun hakimliyi ilə keçirilən yarışın əsas mükafatı Batı Yötaland Azərbaycan Evi Birliyinin təsis etdiyi "Cumhuriyyət kuboku" olub. Yarışdan öncə idmançıların və tamaşaçıların qatıldığı kiçik bir toplantı olub və İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Cumhuriyyətimizin 99-cu ildönümü münasibətilə hamını təbrik edərək "Cumhuriyyət kuboku" uğrundakı yarışda komandalara uğur arzulayıb.
Meydanda hər iki qapının başı üstündə Azərbaycan bayrağının asılması və tamaşaçı gənclərin  milli bayrağa bürünməsi başqa ölkələrdən olan tamaşaçıların diqqətini ayrıca cəlb edib.
Çox gərgin, eyni zamanda qarşılıqlı yüksək səmimiyyət, dostluq, qanun-qayda və etik normalar çərçivəsində keçən yarışda Linşöpinqdən gəlmiş “Qafqaz” komandası birinci yeri tutaraq qalib olub. İkinci yerə Yöteburqun “Bozqurd” komandası, üçüncü yerə isə, Stokholmun “Azərbaycan” komandası çıxıb.
Birinci yeri tutan qalib komandaya haqq etdikləri "Cumhuriyyət kuboku"nu Batı Yötaland Azərbaycan Evi Birliyinin sədri Eldar Qaradağlı təqdim edib.
Yarışa yekun vuran Azər Kazımlı bildirib ki, İsveç üzrə Azərbaycan futbol komandalarının növbəti yarışı Linşöpinqdə keçiriləcək.
Yarışdan sonra Azərbaycan Kültür və İdman Dərnəyi qonaqların şərəfinə açıq havada axşam yeməyi təşkil edib.













Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: