Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Azərbaycanlıların sürətlə deportuna başlanıldı-ALMANİYADAN/FOTOLAR

Azərbaycanlıların sürətlə deportuna başlanıldı-ALMANİYADAN/FOTOLAR

Tarix : 17-05-2017, 16:12 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 

Almaniyaya sığınacaq üçün müraciət edən həmvətənlərimizin deportuna başlanılıb. AzEuroNews.com-un məlumatına görə, bu barədə hazırda Avropada yaşayan soydaşlarımız sosial şəbəkələrdə yazaraq məlumat veriblər.


Belə ki, Almaniyada keçirilən seçkilərdə  Angela Merkelin partiyası CDU-nun (Xristian Demokrat İttifaqı) seçkini qazanmasının ardından federal hökumət mühacirlərlə bağlı mövqeyini bir qədər sərtləşdirib. Belə ki, Almaniyada yaşamaq və işləməklə bağlı müraciət edən həmvətənlərimiz "neqativ" cavabı alıblar. Vəziyyət o həddə çatıb ki, sığınacaq istəyi rədd olunan soydaşlarımız qərardan məhkəməyə müraciət etmədən deport olunublar.





Qeyd edək ki, azərbaycanlıların ən çox məskunlaşdığı bölgə olan Şimali Reyn-Vestfaliyada  seçkini CDU udub.  Bu partiya AfD kimi Almaniyanın miqrasiyya və qaçqın siyasətinə qarşı sərgilədiyi radikal mövqe ilə tanınır. Partiyada bu mövzuda yumşaq mövqe sərgiləyən yeganə insan-Angela Merkeldir.



Eyni zamanda nəzərinizə çatdıraq ki, son aylar Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında rekord azalma qeydə alınıb. Bu barədə AzEuroNews.com-un sorğusuna Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən (BAMF) verilən cavabda qeyd olunur.
Belə ki, mart ayı ilə müqayisədə aprel ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında 14 min 976 nəfərdən 11 min 952 nəfərə qədər bir azalma qeydə alınıb.
BAMF-ın məlumatında qeyd olunur ki, sığınacaq üçün müraciət edənlərin siyahısında birinci yerdə yenə suriyalılar qərarlaşıb.
Aprel ayında Suriyadan 2779 nəfər sığınacaq üçün Almaniyaya qaçıb.
Siyahıda Suriyadan sonra növbəti yerdə 1242 nəfərlə İraq, 1208 nəfərlə Əfqanıstan, 960 nəfərlə İran, 852 nəfərlə Eriteriya, 626 nəfərlə Albaniya, 498 nəfərlə Nigeriya, 471 nəfərlə Makedoniya, 459 nəfərlə Somali, 449 nəfərlə Türkiyə qərarlaşıb.
Sorğuda azərbaycanlıların sayında da azalmanın qeyd olunduğu bildirilir. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə aprel ayında Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 353 nəfərdir.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında 500 -ə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: