Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Almaniyadan sığınacaq istəyənlərin sayında rekord azalma-EKSKULİZİV

Almaniyadan sığınacaq istəyənlərin sayında rekord azalma-EKSKULİZİV

Tarix : 8-05-2017, 23:52 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 
Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında rekord azalma qeydə alınıbBu barədə AzEuroNews.com-un sorğusuna Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən (BAMF) verilən cavabda qeyd olunur.
Belə ki, mart ayı ilə müqayisədə aprel ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında 14 min 976 nəfərdən 11 min 952 nəfərə qədər bir azalma qeydə alınıb.
BAMF-ın məlumatında qeyd olunur ki, sığınacaq üçün müraciət edənlərin siyahısında birinci yerdə yenə suriyalılar qərarlaşıb.
Aprel ayında Suriyadan 2779 nəfər sığınacaq üçün Almaniyaya qaçıb.
Siyahıda Suriyadan sonra növbəti yerdə 1242 nəfərlə İraq, 1208 nəfərlə Əfqanıstan, 960 nəfərlə İran, 852 nəfərlə Eriteriya, 626 nəfərlə Albaniya, 498 nəfərlə Nigeriya, 471 nəfərlə Makedoniya, 459 nəfərlə Somali, 449 nəfərlə Türkiyə qərarlaşıb.
Sorğuda azərbaycanlıların sayında da azalmanın qeyd olunduğu bildirilir. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə aprel ayında Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 353 nəfərdir.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında 500 -ə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib.

ÖlkələrFevral 2017Mart 2017Aprel 2017
Suriya3.3054.0022.779
İraq1.4761.7741.242
Əfqanıstan1.5762.2231.208
İran763817960
Eriteriya1.0871.048852
Albaniya378680626
Nigeriya525630498
Makedoniya397712471
Somali585629459
Türkiyə533513449


Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: