Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Qaçaq azərbaycanlıların deportuna başlanıldı

Qaçaq azərbaycanlıların deportuna başlanıldı

Tarix : 28-04-2017, 09:36 | Kateqoriya: Dünya / Manşet
(голосов:0)
 
Aprelin 7-də İsveçin paytaxtı Stokholmda gerçəkləşdirilən terror hadisəsindən sonra sözügedən ölkədə miqrantlarla bağlı sərt qərarların qəbul olunmasına başlanılıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, artıq İçveçdə sığınacaq istəyi rədd edilən miqrantların sürətli şəkildə deportuna qərar verilib. Bu barədə İsveç hökuməti adından daxili işlər naziri Anders Ygeman  və  ədliyyə və miqrasiyya naziri Morgan Johanson məlumat verib.
Onların sözlərinə görə, qəbul edilən yeni qanuna görə, sığınacaq istəyi rədd edilənlərə vaxt verilməyəcək.
"Onlar dərhal deport olunacaqlar. Artıq konkret siyahı hazırlanıb. Aralarında Suriya, Afrika ölkələri, Türkiyə və Azərbaycan kimi ölkələrdən gələn 10 mindən çox qaçaq göçmənin deportuna başlanılıb" deyə hökumət nümayəndələri jurnalistlərə açıqlama veriblər.
Digər yandan AzEuroNews.com-un  İsveçin Ədalət və Miqrasiyya Nazirliyindən əldə etdiyi məlumata görə, bu ölkədə son üç ildə sığınacaq tələbi rədd edilən 30 min göçmən qaçaq olaraq yaşayır.

Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: