Ana səhifə Xəbərlər Oxucu fikirləri Əlaqə Rss
» » Ərdoğan Almaniyanı hədələdi: Dünyanı ayağa qaldıraram-VİDEO

Ərdoğan Almaniyanı hədələdi: Dünyanı ayağa qaldıraram-VİDEO

Tarix : 5-03-2017, 22:30 | Kateqoriya: Dünya / Manşet / video
(голосов:0)
Ərdoğan Almaniyanı hədələdi: Dünyanı ayağa qaldıraram-VİDEO

"İstədiyim zaman Almaniyaya gələrəm, danışmağıma icazə verməsəniz dünyanı ayağa qaldıraram". AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu sözləri Türkiyənin Tokat şəhərində iştirak etdiyi bir tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan söyləyib.

"Mən burdan alman hökumətinə səslənirəm,demokratiyaya inanan dünyayaya səslənirəm, əgər azadlıq mübarizəsi aparırıqsa, əgər fikir azadlığından narahat deyliksə, bizim sözümüzü kimsə kəsə bilməz. Bu belə də bilinməlidir" deyə Ərdoğan qeyd edib.

Ərdoğan çıxışı zamanı vurğulayıb ki, Almaniyada nasizim yenə də davam edir: "Mən elə bilirdim ki, nasizim Almaniyada bitib. Xeyri, elə deyilmiş. Nasizim davam edir. İndi Hollandiya da bizə seçiki kampaniyası aparmaq üçün icazə vermir. Daha bilmirlər ki, mən istəsəm gələrəm, danışmağıma imkan verməsəniz dünyayı ayağa qaldıraram".
Məlumat üçüb bildirək ki, bir müddət əvvəl Almaniya Türkiyəni təhdid etmişdi. Buna səbəb isə, Almaniyanın nüfuzlu “Die Welt” nəşrinin türk əsilli təmsilçisi Deniz Yücelin Türkiyədə həbs olunması idi. “Die Welt” qəzetinin müxbiri Dəniz Yücelin həm türk, həm alman vətəndaşlığı var. O, terrorçu təşkilatın fəaliyyətində iştirakda, terror təbliğatı və məlumatların hüquqazidd şəkildə istifadədə ittiham edilir.








Oxşar xəbərlər
Şərhlər

Ваше Имя:   Ваш E-Mail:  


Код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Введите код: